Min Bir Dad

Köklü , qozlu keks

Köklü , qozlu keks 

https://yemek.com/tarif/cevizli-havuclu-kek | Cevizli Havuçlu Kek Tarifi

Köklü , qozlu keks

12 dilim

Hazırlanma zamanı:

20 dəqiqə,

Bişirmə zamanı:

50 dəqiqə

Lazım olan ərzaqlar:

  • 4 yumurta,
  • 3/4 su  stəkanı   zeytun yağı,
  • 1,5 su stəkanı şəkər tozu,
  • 2 su stəkanı un,
  • 1 paket  vanilin,
  • 1 paket  qabartma tozu,
  • 2 çay qaşığı  soda,
  • 1/2 çay qaşığı  duz,
  • 2 çay qaşığı  darçın,

  • 5ədəd kök,

  • 1 su stəkanı  əzilmiş qoz,

    Məsləhət:

  • Keksin daha çox qabarması  üçün  sodanı  limon suyu ilə birlikdə  qarışdırdıqdan sonra keks xəmirinə  qata  bilərsiniz.

 

Hazırlanma qaydası:

  •  Yumurtalar, toz şəkər və zeytun yağını bir qaba alaraq 3-4 dəqiqə yüksək sürətlə çırpın
  • .Un, vanilin, qabartma tozu, soda, duz və darçını bir qaba ələyin.
  • Ələdiyiniz qarışımı yumurtalara əlavə edib , ərzaqlar tamamən qarışana qədər təkrar çırpın.
  • Qabığını soyduğunuz kökləri rəndənin qalın tərəfi ilə rəndələyin.
  • Qoz ləpəsini də iri parçalar halında əzin.
  • Bir şpatula və ya mikser vasitəsi ilə yaxşıca qarışdırın.
  • Sonra  28 sm-lik bir kvadrat halda olan fırın qabına tökün.
  • Əvvəlcədən   175  dərəcə qızdırılmış fırında 50 dəqiqəyə yaxın bişirin.
  • Hazır olan keksi fırından çıxardıqdan sonra otaq temperaturunda soyumağa qoyun.
  • Keks soyuduqdan sonra dilimləyərək servis edin.
  • Arzuya görə köklü keksi qaymaqlı dondurma ilə də servis edə blərsiniz.

Nuş olsun!

So, what do you think ?