sayfa içeriği

Min Bir Dad

Konserva hazırlayarkən diqqət etməniz gərəkənlər

Konserva hazırlayarkən diqqət etməniz gərəkənlər

Konserva hazırlayarkən diqqət etməniz gərəkənlər

Konserva hazırlayarkən diqqət etməniz gərəkənlər

 Qoruma metodları arasında ən çox tərcih olunan konserva hazırlamaq  metodudur.  

Bu metod  qidaların qızdırılaraq  (bişirilərək) hava almayan qabda uzun zaman qorunmasını təmin edir.  Evlərdə ümumiyyətlə yay aylarında qışda istifadə etmək üçün konservalar hazırlayırlar.

 Konserva üçün istifadə olunan qidalar badımcan, pomidor, bibər, lobya  kimi tərəvəzlərdir.

Evdə konserva hazırlamaq və yazın ləzzətini qışda da qorumaq üçün  lazım olan proses isə olduqca çox sadədir.

Evdə konserva hazırlamaq:

  1. Konserva üçün istifadə olunacaq qapaqlı şüşə bankalar hazırlayın.
  2. İstifadə edəcəyiniz ərzaqları bol suda yuyun  və doğradıqdan sonra qaynar suda 3 dəqiqəyə yaxın saxlayın.
  3. Sonra ərzaqların suyunu süzün  və ərzaqları bankalara doldurub ağzını möhkəm bağlayın.
  4.  Böyük bir qazana tərs çevirib düzün.
  5. Üstünə gələcək qədər su doldurub bir saat yarıma yaxın qaynadın.
  6. Qaynayan konservaları ağzını tərsinə çevirərək bir kətan süfrənin üzərində soyumağa qoyun.

 Konserva hazırlayarkən diqqət etməniz gərəkənlər:

  1. Qapaqlar və bankalar təmiz olmalıdır.
  2. İstifadə edəcəyiniz ərzaqlar sağlam olmalıdır.
  3. Çürük olmamalıdır.
  4. Sağlam ərzaqlardan konserva hazırlamaq diqqət etməmiz gərəkənlərin əsasını təşkil edir.
  5. Hazır bankaların ağzını bağladıqdan sonra sızıntı olarsa bankanın ağzını açmaq və hazır məhsulu başqa bankaya doldurub yenidən qaynatmaq lazımdır.
  6. Qapaqları əl ilə basaraq yoxlamaq lazımdır.
  7. Əgər qapaq hissəsində şişmə olan konservalar varsa, deməli banka hava almışdır.
  8. Belə olduqda o   zaman konservaları işlətmək olmaz.
  9. Belə bir problemlə qarşılaşmamaq üçün qaynatma işləmi çox önəmlidir.
  10. Meyvə və pomidor kimi turşuluq səviyyəsi yüksək olan  məhsulların qaynama sürəsi yarım saatdan çox olmamalıdır.
  11.  Bunu daima diqqətdə saxlamaq lazımdır.
  12. Qaynatma prosesindən sonra bankaları tərs çevirərək soyumağa qoyduğunuz zaman ən azından bir gün olmalıdır.
  13. Daha sonra saxlamaq üçün uyğun bir vəziyyətə  gətirilə   bilər  .
  14. Konserva üçün olan ərzaqlar bankalara çox sıx doldurulmamalıdır.
  15. Bankanın ağzında ən azından 1 sm -ə yaxın boşluq olmalıdır.
  16. Konservləri saxlama şərtləri də  pozulmaması və ləzzətini qoruması baxımından əhəmiyyətlidir.
  17.    Bankaları sərin, quru və birbaşa günəş işığı almayan bir yerdə     saxlamaq   lazımdır .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *