Min Bir Dad

Korjik

Korjik

Korjik

Lazım olan ərzaqlar:

  • Süd: 50 ml,
  • Şəkər tozu : 120 qram,
  • Kərə yağı: 60 qram,
  • Yumurta: 1 ədəd,
  • Kenton şəkərli vanil:  1 paket,
  • Kenton qabartma tozu: 1 paket,
  • Duz,
  • Un: 310 qram,

 

Korjik hazırlanma qaydası:

  • Qaba süd və şəkər tozu əlavə edilir və qarışdırılır.
  • Şəkərli südə kərə yağ, yumurta, duz vurulur.
  • Kenton şəkərli vanil və Kenton qabartma tozu una əlavə edilir.
  • Sonra bunlar da xəmirin yoğrulacağı qabdakı ərzaqlara əlavə edilir.
  • Xəmir yoğrulur.
  • Xəmir yoğrulub ələ yapışmayan bir xəmir olduqdan  sonra masanın üzərinə   qoyulur.
  •  Xəmirin  masaya  yapışmaması üçün   masanın üzərinə un əlavə edilir.
  •  Sonra xəmir oxlov vasitəsi ilə  yayılır.
  • Yayılan xəmirin qalınlığı təqribən 1 sm olur.
  • Yayılan xəmir qəlib vasitəsi ilə kəsilir.
  • Sobanın sinisinə bişirmə kağızı sərilir.
  • Doğranan korjik xəmiri buraya düzülür.
  • Korjikin üzərinə yumurta sarısı vurulur.
  • Çəngəl vasitəsi ilə üzəri naxışlanır.
  • Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 10-12 dəqiqə bişirilir.

Nuş olsun!

www.facebook.com/1001dad

Şəkərbura

So, what do you think ?