sayfa içeriği

Min Bir Dad

Köz börəyi

Köz börəyi

Köz börəyi

Köz börəyi(Filiya)

Filiya özünəməxsus hazırlanma metodu ilə fərqlənən bir sini börəyidir.

Bu börəyi hazırlamaq bir az əziyyətlidir.

Buna görə də xüsusi günlərdə zaman ayırmağın çətin olmadığı günlərdə hazırlanar.

  Bu börək   davamlı nəzarət olunaraq bişdiyi üçün bir neçə nəfərlə birlikdə hazırlanır .

Bəzi bölgələrdə “Qaşıq börəyi”, “Parçalı börək” isimləri ilə də tanınır.

Bu börəyi əslində közün üzərində hazırlayırlar.

Köz börəyi qat qat tökülür  və ayrı-ayrı bişirilir.

Bişirmə əsnasında sininin üzərinə  köz tökülmüş qapaq örtülür.

Börək altdan və üstdən köz üzərində bişirilir. Bişirmə ən azından 3 saat davam edir.

 

 

Lazım olan ərzaqlar:

  • 2 kq  un,
  • Aldığı qədər su,
  • 500 qr qaymaq  və ya qatıq,
  • 250 q kərə yağı,
  • ½ stəkan duru yağ,
  • duz

  Hazırlanma qaydası :

  • Un, su və  duz akışkan qatılığa gələnə qədər çırpın.
  • Axıtma xəmirinə bənzədə biləcəyiniz bu xəmir yaxşı çırpılmalı və içərisində topaqlar olmamalıdır.
  • Digər bir qabda qatıq  və ya qaymaq , əridilmiş kərə yağı və duru yağı yaxşıca çırparaq qat aralarında istifadə edə biləcəyimiz bir qarışım əldə edin.
  • Arzu edənlər sırf qatıq yerinə qaymaq və ya qatıq yarı olanda azaldaraq birlikdə də istifadə edə bilərsiniz.
  • Malzəmə  hazır olduqdan sonra  odun atəşindən nisbətən  yüksək bir uzaqlığa sacayağınızı  oturdun.
  • Bu börək uzun sürə  pişəcəyi  üçün  altdan deyil üstdən bişməsi  lazımdır.
  • Buna görə də alt atəşinin çox yaxın olmaması lazımdır.
  • Diğər tərəfdə isə  sininin üzərinə  örtəcəyiniz  qapağın üstə  qızıl  rəng almış kül yığaraq  örtməyə hazır hala gətirmək lazımdır.
  • Börəyimizi  hazırlayacağımız  sinini  atəşə  oturdun.
  • Sininin altını  əvvəlcə  yağlayın.
  • Qarışığı çömçə yardımı ilə ortadan çölə doğru kök dilimi şəklində sininin alt qatına tökün.
  • Sinimizin üzərinə küllü qapaq qapatılıb   3-5 dəqiqəyə yaxın üstdən qızarması üçün gözləyin.
  • Qapağı  qaldırıb  bu dəfə  qat arasında qalan boşluğa unlu qarışımı  bişən hissənin üzərinə isə yağlı xərc  ( qatıq, qaymaq, yağ qarışığı) tökün.
  • Qapağı  yenidən qapatıb  yenə  3-5 dəqiqə gözləyərək qatın bişməsini gözləmək lazımdır.
  • Bu işləmi  bütün qatlar   bişənə qədər davam etdirin.
  • Bu   qızarma işinə   gözlə  və əllə davamlı olaraq  nəzarət edin.
  • Qatların bu şəkildə bişirilməsi arzu edilən qalınlığa görə ən az 3, atəşin durumuna görə bəzən 4-5 saatola bilər.
  • Yarım saat qədər   dincəldib  kök  dilimi şəklindəki qat aralarından qopardaraq  servis edin.
  • Qarpız, bal, mürəbbə  və evdə hazırlanan meyvə sularından istifadə edərək servis edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *