Min Bir Dad

Közlənmiş badımcan konservası

Közlənmiş badımcan konservası

Közlənmiş badımcan konservası

Közlənmiş badımcan konservası

  Bu ləzzəti öz fəslindən  başqa fəsillərdə   də dada bilmək üçün sadə bir “Közlənmiş badımcan” tərifini sizlərə təqdim etməyi özümüzə borc bildik.

1001 dad saytı sizlərə bu konservanı rahatçılıqla hazırlamanızı və ysaxınlarınızla birlikdə nuş etməyinizi arzu edir!

Lazım olan ərzaqlar:

  • 3 kq badımcan,
  • 1 stəkan sirkə,
  • Zeytun yağı,
  • 2 baş sarımsaq,
  • Duz

Hazırlanma qaydası :

  • Badımcanları təmiz yuyub qurudun.
  • Bir neçə yerindən bıçaqla dələrək ocaqda , yhaxud  da atəş üzərində közləyin.
  • İri olan badımcanları ikiyə bölərək iç hissələrinə zeytun yağı sürtərək  kəsik hissəsini bir fırın sinisinə yığın.
  • Qabıqlı hissəsi üstə qalacaqdır.
  • Kəsdiyin iz badımcanları bir neçə yerindən deşin  və közlənməyə qoyun.
  • Közlənən badımcanları bir  torbaya yığıb ağzını qapadın.
  • Buğlanaraq torbanı tərlədən badımcanlar bir az soyuduqdan sonra qabıqlarını soyun.
  •  Bu metod badımcanların rahat soyulmasını təmin edəcəkdir.
  • Əgər badımcanları soyuducuda saxlamaq istərsinizsə yeməklik ayıraraq torbalara yığın və soyuducuda donmağa qoyun.
  • Çalışın torbaya hava keçməsin.
  • Dərin bir qaba aldığınız badımcanlarınızın üzərinə bir stəkan  zeytun  yağı və arzuya görə bir stəkan  sirkə əlavə edin.
  • Arzu edənlər iri diş doğranmış sarımsaq da əlavə edə bilələr.
  • Badımcanları çox əzmədən qarışdırın.
  • Badımcanları bankalara yığın .
  • Bankanın içərisində olan badımcanların arasındakı havanı yavaşcadan bir qaşıq yardımı ilə çıxardın.
  •  Bunu  etməzsiniz konservanız tez bir zamanda zay ola bilər.
  • Bankaların boğumuna qədər doldurduğunuz badımcanların üzərini bir barmaq keçənə qədər zeytun yağı əlavə edin.
  • Qapağını möhkəm bağlayın.
  • Dərin bir qazanın  içərisinə su tökün və  alt hissəsinə bir bez qoyub , bankaları ora  yerləşdirin.
  • Bundan sonra bankaları qaynamağa qoyun.
  • Kapakların tutması üçün ən az 15-20 dəqiqə  qaynar suda qaynadın.
  • Sonra bankaları çıxardaraq ağzını bağlayaraq tərs çevirin  və soyuyana qədər gözləyin.
  • Sərin və quru bir yerdə saxlayın.

So, what do you think ?