Min Bir Dad

Közlənmiş qırmızı bibər konservası

0

B-kozlenmiskirmizikapyabiber-K

 Közlənmiş  qırmızı bibər konservası

 Közlənmiş  qırmızı bibər konservası üçün lazım olan ərzaqlar:

  • 2,5 kq qırmızı  bibər,
  • 5-6 diş sarımsaq,
  • 1 çay  qaşığı toz şəkər,
  • 2 çay  qaşığı duz,
  • 1 çay stəkanı  zeytun  yağı,
  • 1/2 çay stəkanı  alma sirkəsi (istəyə bağlı, istifadə etməsəniz də  olur),
  • 1/2 dəstə cəfəri.

Közlənmiş qırmızı bibər  konservasının hazırlanma qaydası:

  •  Əvvəlcə bibərləri  təmizləyib yuyun.
  • Aşsüzəndə suyunu süzməyə qoyun.
  • Üzərini bıçaqla bir  neçə   yerindən deşin.
  • Fırın sinisinə yığıb közlənməyə qoyun.
  • Közlənən bibərləri bir saxlama qabının  içinə yığıb ağzını bağlayın  ki,  qabıqları asan  soyulsun.
  • Bütün bibərləriniz közlənənə qədər eyni işləmi davam etdirin.
  • Ağzı bağlı saxlama qabında saxladığınız  bibərləri soyub   çəkirdəklərini çıxardın.
  • İstədiyiniz şəkildə doğrayın.
  • Soyduğunuz bibərləri qətiyyətlə sudan keçirtməyin.
  •   Sudan keçirtmiş olsanız   bibərlər  köz dadını itirəcəkdir.
  • Qabın içindəki bibərlərin üzərinə doğradığınız sarımsaqları,duzu,şəkəri ,incə doğranmış  cəfərini  , zeytun yağını, sirkəni əlavə edib yaxşı-yaxşı qarışdırın.
  •  Bankaları təmiz yuyun.
  • Sonra banka və qapaqları 2-3 dəqiqəyə yaxın qaynar suda saxlayın.
  •  Sudan çıxardandan sonra təmiz silin ki ,sulu qalmasın.
  • Hazırladığınız qarışığı bankanın içinə yığın.Ancaq qapaq hissəsini boş qalacaq şəkildə doldurun.
  • Doldurmuş olduğunuz bankanın qapağını möhkəm bağlayın.
  • Bu şəkildə 1 kq-lıq 2 dənə banka çıxacaqdır.
  • Çox istərsənizsə ərzaqları çoxaldaraq çox da bişirə bilərsıniz.
  • Hazır bankaları soyuduqdan sonra soyuducuda saxlaya bilərsiniz.
  •   Bir hissəsini dondurub da saxlaya bilərsiniz.
  • Bibərlərin bir hissəsini közləyib sayduqdan və çəyirdəklərini  çıxartdıqdan  sonra doğramadan bütöv halda dondura bilərsiniz.
  • Qışda onu istənilən şəkildə istifadə etmək olar.
  • İçinə pendirli qarışım da qoyub  məzə kimi istifadə etmək olar.
  • İstərsəniz doğrayıb salat kimi də işlədə bilərsiniz.

Not

  • Bibərləri ocaqda yox ,fırında közləmək istərsinizsə eyni ləzzəti ala bilməzsiniz.
  • Hətda mümkünsə odun atəşində közləyin ki , dadlı olsun.
  • Bibərləri közlədikdən sonra qabığını soyarkən, ya da soyduqdan sonra əsla sudan keçirtməyin,bu həm ləzzətindən çalan bir yöntəmdir həm də köz dadını itirməsinə səbəb olur.
  • Ancaq soyuducuda saxlayın.
  • Daha artıq qalmağını istiyirsinızsə qapağını bərk bağlayın, tərs çevirib qazana yerləşdirib qaynadın.
  • Nuş olsun!

So, what do you think ?