fbpx

Min Bir Dad

Közlənmiş qırmızı bibər konservi

Közlənmiş qırmızı bibər konservi

Közlənmiş qırmızı bibər konservası

Közlənmiş qırmızı bibər konservi

Közlənmiş qırmızı bibər konservi üçün lazım olan ərzaqlar:

  • 5 kq böyük qırmızı bibər,
  • 2,5 su stəkanı  üzüm sirkəsi,
  • 2 su stəkanı  sızma zeytun yağı,
  • Yarım çay stəkanı qaya duzu,
  •  0, 5  çay stəkanı şəkər  tozu,
  • 2 baş sarımsaq,
  • 1 dəstə cəfəri

Közlənmiş qırmızı bibər konservinin hazırlanma qaydası:

  • Bibərləri yuyub suyunu alması üçün bir dəsmalın üzərinə yığın.
  • Fırınınızı izqara ayarına gətirin,  yada  varsa bir fırına da verə  bilərsiniz.
  • Bu  daha da ləzzətli olur.
  • İki üzünü də  20 dəqiqə  közləyin.
  • Bu arada sarımsaqları və  cəfərini  yuyun, sarımsaqları çox incə olmayacaq şəkildə dilimləyin, cəfərilərin saplarını doğrayın, yapraqlarını da əlinizlə ayırın.
  • Fırından çıxarar çıxarmaz həmən bir soyuducu torbasına  qoyub  ağzını qapadın.
  • Soyuduqdan sonra qabıqları çox rahat bir şəkildə çıxacaqdır.
  • Qabəqlarını soyduğunuz bibərləri 2 barmaq  qalınlığında dilimləyin.
  • Bir qabda sirkə, yağ, duz və şəkəri  qarışdırın.
  • Bankaları yuyun və qaynar  su içində ən az 5 dəqiqə streilizə edin.
  • Mütləq  şüşə banka istifadə edin.
  • Bankanın ən altına doğradığınız   cəfərilərin saplarından   bir az qoyun.
  • Onun üzərinə bibərlərdən bir  az, bibərlərin  üzərinə sarımsaq  və cəfəri  qoyun və bu şəkildə   ən üstdə cəfəri və sarımsaq qalacaq şəkildə bankaları  doldurun.
  • ( 5 kq  bibərdən 3 dənə 1 litirlik , bir dənə də  yarım litirlik banka çıxır.)
  • Bankaların ağzını silin və qapaqlarını qapadın.
  • Qaranlıq  bir yerdə saxlayın.10-15 gün sonra yeyilə biləcək  halda olur.

So, what do you think ?