Min Bir Dad

Közlənmiş qırmızı bibər turşusu

0

k[zlenmiş kırmızı bibər turşu

Ərzaqlar:

  • 5 kg ətli qırmızı bibər,
  • 1,5 su stəkanı sirkə,
  • 2 çay stəkanı zeytun yağı,
  • 1/2 çay stəkanı iri duz,
  • 1 yemək qaşığı şəkər,
  • 1/2 dəstə cəfəri,
  • 1 baş sarımsaq,
  • 5 – 6 ədət dəfnə yarpağı,

Hazırlanması:

  • Bibərləri təmiz yuyub qurudun.
  • Çəngəllə bir neçə yerindən deşin.
  • Sonra bibərləri közləyin. (mangalda olsa daha yaxşı olardı).
  • Fırında 200 dərəcədə, mangalda köz üstündə və ya teflon tavada çevirərək bibərləri közləyin.
  • Bibərləri isti halda aliminium folyoya zərf kimi bükərək ağzı bağlı bir naylon totbaya qoyun, yaxud da bir qazana qoyub üzərinə dəsmal örtərək qapağını örtün.
  • Bu şəkildə 30-60 dəqiqə saxlayın, çünki bibərlər soyuduqdan sonra qabıqları asan soyulacaqdır.
  • Sonra bibərlərin çəkirdəklərini təmizləyin.
  • Bir qab  içində sirkə, iri  duz, şəkər və zeytun yağını qarışdırın.
  • Qabıqları soyulmuş bibərləri istədiyiniz şəkildə kəsin.
  • Şüşə bankanın altına 1-2 dəfnə yaprağı qoyun.
  • Bibərləri yerləşdirin.
  •  Hər 3-4 sıra bibərdən sonra, soyulmuş sarımsaq və hazırladığınız qarışıqdan qoyun.
  • Bibərlər bitənə qədər bu prosesi təkrarlayın.
  • Ən üstə dəfnə yarpağı və cəfəri yerləşdirin.
  • Qarışığın geri qalanını üstündən tökün.
  • Üstdə boşluq qalarsa zeytun yağı tökərək hava ilə təmasda olmasının qarşısını kəsin.
  • 1 həftə sonra turşu hazır olacaqdır.
  • Işıq olmayan sərin bir yerdə mühafizə edin.
  • Püf nöqtəsı:
  • Mangalda közləmək daha keyfiyyətli olar.

 

So, what do you think ?