Min Bir Dad

Közlənmiş qırmızı bibər

0

Közlənmiş qırmızı bibər

k[zl'nmi. q;rm;z; bib'r

Közlənmiş qırmızı bibər

Ərzaqlar:

  • 2 kq qırmızı bibər,
  • 2 baş sarımsaq,
  • yarım çay stəkanı sirkə,
  • yarım çay stəkanı zeytun yağı,
  • 1 ,5 şirniyyat qaşığı iri duz,
  • 1 şirniyyat  qaşığı şəkər,
  • 1 litrə su,

Hazırlanması:

  • Bibərləri  yuyun.
  • Başlarını  bıçaqla kəsib  dolma bibəri  oyar kimi  içini  çıxardın.
  • Fırın   sinisinə düzün , yarım saata yaxın arxalı önlü olacaq  şəkildə 200 dərəcə qızdırılmış  fırında bişirin.
  •  İsti halda diqqətli  bır şəkildə  soyun.
  • Bankalara doldurun və  sarımsağı əlavə edin.
  • Sirkə,  zeytun yagı, duzu,   şəkəri  suya qataraq qarışıq  hazırlayın və bankalara yığdığınız bibərlərin üzərinə  tökün.
  • Qapagını  möhkəm bağlayın.
  • Soyuducuda 1 gün saxlayın.
  • Bir    həftə  içərisində istifadə edə bilərsiniz.

Diqqət:

  • Bankaların ağzını möhkəm bağlayın.
  •  Hava  almamalıdır, çünki  hava alan bibər turşusu qısa zaman ərzində xarab ola bilir.
  • Mütləq soyuducuda  saxlayın.
  • Sızma  zeytun yağı işlətsəniz daha da dadlı olar.
  • Soyuducuya qoyduqda yağ donacaqdır.
  • Dadı   zövqünüzə uygun hazırlayın.

So, what do you think ?