Min Bir Dad

Kral beze tortu

kral beze tortu

kral beze tortu

Kral beze tortu tərkibi:

xəmir:

  • 350 q marqarin,
  • 7 yumurtanın sarısı,
  • 3 x.q. xama,
  • 1 ç.q. söndürülmüş sirkə,
  • 750 q un,

beze:

  • 7 yumurtanın ağı,
  • 2 st. şəkər tozu,
  • 150 q qovrulmuş qoz ,

1-ci krem:

  • 2 banka qatılaşdırılmış süd,
  • 450 q kərə yağı,
  • 2 x.q. kakao tozu,
  • 2 x.q. qəhvə tozu (2 x.q. su ilə qarışdırın),

2-ci krem:

  • 4 yumurtanın ağı,
  • 200 q şəkər tozu,
  • bıçağın ucunda limon duzu ,
  • vanil,

Kral beze tortu hazırlanma qaydası:

  • Yumurtanın sarılarını ağlarından ayırın.
  • Yumurta ağlarını möhkəm soyudun, sonra 1 çimdik duzla çalın, şəkər tozu əlavə edərək çalın.
  • Yumurta sarılarını mikserlə çalın, xama, soda əlavə edin, eynicinsli kütlə alınanda yumşaldılmış marqarin əlavə edib yenə çalın, tədricən un əlavə edib yoğurun.
  • Elastik xəmir alınmalıdır.
  • Xəmiri 10 yerə bölün.
  • Kündələyin.
  • Hər birini perqamentin arasında 1 mm qalınlıqda yayın.
  • (Yaxşı olar ki, yaydığınız xəmirin hamısını eyni ölçüdə kəsəsiniz.).
  • Üzərinə beze çəkin (təxminən 2 dolu xörək qaşığı), xırdalanmış qoz səpin (1 ç.q.).
  • Bu qayda ilə hazırladığınız xəmiri 180 dərəcə qızdırılmış sobaya qoyub 6 dəqiqə bişirin, sonra 120 dərəcəyədək azaldaraq 15-16 dəqiqə bişirin. korjların hamısını eyni qaydada bişirin (sobanın temperaturunu hər dəfə artırıb-azaltmağı unutmayın).
  • Birinci krem: otaq temperaturunda olan kərə yağını həcmi çoxalanadək çalın, qatılaşdırılmış süd, kakao, qəhvə əlavə edib bir daha möhkəm çalın.
  • Soyuducuya qoyun.
  • Bişmiş bezeləri soyudun.
  • Aralarına krem çəkib üst-üstə qoyun, soyuducuda 2 saat saxlayın.
  • Bezeləri əzməyin, qıraqlarını kəsib hamarlamayın.
  • Soyuducudan çıxarandan sonra kremlə nahamarlıqlarını düzəldin. 2-ci krem: Bir tavaya sü töküb vam odun üzərinə qoyun.
  • Kremi çalacağınız qab bu tavanın içinə rahat yerləşməlidir.
  • Amma tavadakı su kremi çalacağınız qabin içinə qətiyyən düşməməlidir.
  • Həmçinin krem qabı tavadakı suya toxunmalıdır ancaq dibinə toxunmamaq şərti ilə.
  • Kremi çalacağınız qab təmiz və qupquru olmalıdır.
  • Yumurta ağlarını qaba tökün (bunun içinə yumurta sarısından bir damcı da düşməməlidir).
  • Şəkər tozunu, limon duzunu və vanili də əlavə edin.
  • Mikserlə 1 dəqiqə çalın.
  • Sonra krem qabını isti suya qoyun.
  • Mikserin yüksək sürətində krem qatılaşanadək – 10-12 dəqiqə çalın.
  • İsti suyun üzərindən kremi götürəndən sonra daha 1 dəqiqə çalın.
  • Tortun üzərini 2-ci kremlə və giləmeyvə ilə bəzəyin.

So, what do you think ?