Min Bir Dad

Krem pendirli qaymaqlı köklü keks

Krem pendirli qaymaqlı köklü keks

 

kremalı pendirli qaymaqlı köklü keks

kremalı pendirli qaymaqlı keks

 

Krem pendirli qaymaqlı köklü keks

60 dəqiqəyə hazırlanır.

6-8nəfərlik

“Sizi   özünə heyran edə biləcək fərqli bir dad… ” Sizlərin sevə biləcəyi ən ləzzətli keks tərifini sizlərə təqdim edirəm!

Keks tərifləri içərisində sevilə biləcək olan “Krem pendirli qaymaqlı köklü keksi” böyük bir keyiflə hazırlamanızı və yaxınlarınızla birlikdə nuş etməyinizi diləyirəm.  

Krem pendirli qaymaqlı köklü keks üçün lazım olan ərzaqlar:

  1. 300 qram rəndələnmiş kök,
  2. 400 qram  şəkər  tozu,
  3. 100 qram qoz,
  4. 300  qram un,
  5. 4 ədəd  yumurta,
  6. 300 qram duru yağ.
  7. 2 çay qaşığı soda,
  8. 1 çay qaşığı duz,
  9. 2,5 çay qaşığı darçın,
  10. 1/4 çay q aşığı zəncəfil,
  11. 1 çay qaşığı vanilin,

Kremli pendirin  kremi üçün:

  1. 150 qram  kərə yağı (otaq temperaturunda),
  2. 250 qram pendir,
  3. 400 qram şəkər pudrası,
  4. 1/2 çay qaşığı duz,
  5. 1,5 çay qaşığı vanilin

Krem peyndirli qaymaqlı köklü keksin hzırlanma qaydası:

  1. Fırını 180 dərəcə qızdırın.
  2. Qəlibi yaxşıca yağlayın.
  3. Qarışdırma qabına un, soda  və duzu qoyun.
  4. Homogen olana qədər  qarışdırın.
  5. Başqa bir dərin qaba maye  yağı, şəkər, duz, yumurta və ədviyyatları   qoyun və yaxşı-yaxşı   çırpın.
  6. Unlu qarışımı yumurtalı qarışıma   əlavə edin.Qarışana qədər çırpın.
  7. Ən son da kökü və qozu qataraq qəlibə tökün.
  8. 40 – 45 dəqiqə  bişirin, kürdan  ilə deşərək bişməyini yoxlayın.
  9. Keks   biştikdən sonra 15 dəqiqə  qəlibdə dincə qoyun.
  10. Daha sonra ızqara tel üzərinə alın və tamamən soyuyana qədər gözləyin.
  11. Kərə yağı və krem pendiri krema kimi  olana qədər çırpın.
  12. Vanilin və duzu  əlavə edib sonra yavaş-yavaş pudra şəkərini də əlavə edib çırpın.
  13. Kremanı hazırladıqdan sonra soyuducuya qoyun.
  14. Keksi  eninə  iki eyni  parçaya ayırın.
  15. Alt parçanın üzərine bolca krema qoyun, diğərini üzərinə qapadın.
  16. Qalan krema ilə bütün  keksin hər tərəfini  qaplayın, arzunuza görə  bəzəyin.

So, what do you think ?