sayfa içeriği

Min Bir Dad

Kremli, vişnəli südlü sıyıq (ramazan süfrəsi üçün)

Kremli, vişnəli südlü sıyıq (ramazan süfrəsi üçün)

 

Kremalı, vişnəli süd aşı (ramazan süfrəsi üçün)

Kremli , vişnəli südlü sıyıq (ramazan süfrəsi üçün)

Kremli, vişnəli südlü sıyıq (ramazan süfrəsi üçün)

Kremli , vişnəli südlü sıyıq (ramazan süfrəsi üçün) ramazan iftar süfrələrinin bəzəyidir. 

(8 nəfərlik)

Lazım olan ərzaqlar:

  • 1 litr süd
  • 1 stəkan krema
  • 1 stəkan şəkər tozu
  • 3 qaşıq düyü
  • 2 qaşıq qarğıdalı nişastası
  • 300 qram vişnə
  • 1 ədəd yumurtanın sarısı

Kremli, vişnəli südlü sıyığın  (ramazan süfrəsi üçün) hazırlanma qaydası:

  • Sıyıq bişirmək üçün əvvəlcə vişnələrin çəyirdəyini çıxardın.
  • Bundan sonra bu vişnələri kremalı, vişnəli südlü sıyıq hazırlanacaq olan qabların dibine səliqə ilə düzün. Sonra bu qabları dərin bir duxovka sinisinə düzün.
  • Düyüləri suda bişirin.
  • Yaxşıca bişdikdən sonra suyunu süzün.
  • Südaşı qazanına südü qoyun.
  • Bişmiş düyüləri də əlavv edin.
  • Toz şəkəri və kremanı da əlavv edin.
  • Yumurtanın sarısını da qazana qoyun.
  • Çırpma teli vasitəsi ilə qarışdıraraq bişirin.
  • Qarğıdalı nişastasının üzərinə 1 kiçik stəkan soyuq su qoyun və qaşıq vasitəsi ilə qarışdıraraq nişastanı suda əridin.
  • Süd aşı qaynamağa başladıqdan sonra bu qarışdırdığınız nişastanı yavaş – yavaş südə əlavə edin.
  • Arada qatılığını kontrol edin.
  • Qaynamaqda olan axıcı süd aşını çömçə vasitəsi ilə dibinə vişnə qoyduğumuz qablara qoyun.
  • Duxovka sinisinin yarısına qədər soyuq su qoyun.
  • Duxovkanı 200 dərəcəyə isidin.
  • Bundan sonra sinini duxovkaya verin. Süd aşının üzəri qızaranda duxovkadan çıxardın.
  • Soyuq halda servis edilir.

Bənzər reseptlər:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *