Min Bir Dad

Küftə bozbaş

0
Küftə bozbaş

Küftə bozbaş

Küftə bozbaş

Küftə bozbaş, Azərbaycan milli yeməklərindən biridir. 

Küftə bozbaş hazırlamaq üçün lazım olanlar:

  • Qoyun əti – 163 qram,
  • Qoyun quyruq yağı- 20 qram,
  • Düyü – 15 qram,
  • Təzə alça – 30 qram,
  • İri noxud- 25 qram,
  • Kartof – 150 qram,
  • Baş soğan – 18 qram,
  • Zəfəran qurusu – 0,1 qram,
  • Quru nanə – 0,1 qram,
  • İstiot zövqə görə
  • Duz zövqə görə

Küftə bozbaş hazırlanma qaydası

  • Bozbaş bişirmək üçün sümüklər suda qaynadılıb bulyon hazırlanır.
  • Yumşaq qoyun əti və  baş soğan-əvvəlcə yumşaq ət, sonra isə soğan ətçəkəndən keçirilir.
  • Bundan sonra hər ikisi birlikdə qarışdırılır.
  • Hazırlanan qoyun qiyməsi və çəkilmiş soğan qarışığından ibarəd qiymənin içərisinə düyü, istiot, duz əlavə edilir.
  • Hazırlanan məhsul möhkəm qarışdırılıb yoğrulur.
  • Hər küftənin içərisinə 2-3 ədəd əvvəlcədən yuyulub qurudulmuş alça quruları qoyulur.
  • Əvvəlcədən isladılan noxud dənələri sümük bulyonunda qaynadılıb bişirilir.
  •  Bundan sonra əvvəlcədən hazırladığımız küftələr də bulyona əlavə edilir.
  • Bulyonda küftə də bişirilir. Soğan kiçik-kiçik doğranıb yağda qızardılır.
  • Bulyona yağda qızardılan soğan və kartof da əlavə edilir. əvvəlcədən xörəyə duz vurmamaq məsləhətdir. Xörəyi ocaqdan götürməyv 10-15 dəqiqə qalmış duz və ədviyyatlar-  istiot və zəfəran şirəsi vurulur.
  • Qarışdırılır və artıq xörək hazırdır.
  • Xörək süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Bənzər reseptlər

So, what do you think ?