Lazım olanlar:
- Təzə kütüm: 253 qram,
Qoz ləpəsi: 50 qram,
Baş soğan: 30 qram,
Ərinmiş yağ: 10 qram,
Zoğal axtası: 25 qram,
Kişmiş: 50 qram,
Duz,
Hazırlanma qaydası:
- Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur.
- Yağda qızardılmış soğana döyülmüş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır.
- Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir.
So, what do you think ?