Min Bir Dad

Ləzzəti də şəhanə: Südsüz blinçik

 Ləzzəti də şəhanə: Südsüz blinçik

Ləzzəti də şəhanə: Südsüz blinçik

Ləzzəti də şəhanə: Südsüz blinçik

 Həyəcanla mətbəxə girib ləzzətli bir sabah naharı hazırlamaq niyyətindəsiniz. 

Sabah naharının ən sadə , ağız dadına uyğun ərzaqlara müraciət edən ləzzətli plinçiki də bu sabah naharının baş  roluna qoydunuz.

Yumurta, un olsa bəs edər.

Ancaq plincikin ən önəmli malzəməsi olan  süd əskikdir.

 Heç narahat olmayın.”Südsüz  plincik olmaz” deyə  düşünməyin.

Çünkü südsüz də plincik  olur, həm də  ləzzətli olur!

Süd yerinə yenə mayelərdən istifadə edərək eyni dada malik plinçiklər hazırlaya  bilərsiniz.    İstərsiniz içərisinə pendir, kərə  yağı kimi ərzaqlar  qoyup nuş edin, meyvə, bal, şokolat   kimi ərzaqlarla da  qəhvəaltınızı  ləzzətli edə bilərsiniz.

3 nəfərlik,

Hazırlanma sürəsi:

5 dəqiqə

Bişirmə sürəsi:

15 dəqiqə

Lazım olan ərzaqlar:

  • 2 yumurta,
  •  3/4  stəkan su,
  • 1 stəkan duru yağ,
  • 1 çay qaşığı duz,
  • 1 stəkan un,

Diqqət:

  • Qatılığında problem olarsa 1/2 stəkan un daha əlavə edə bilərsiniz.

Hazırlanma qaydası:

  • Bir qabın içərisinə yumurtaları qırıb yaxşıca çırpın.
  • Üzərinə su və duru yağı əlavə edərək yaxşıca qarışdırmaya davam edin.
  • Un və duzu ələyərək bu mayelərin üzərinə əlavə edib yaxşıca çırpın.
  • Qabın üzərini strec filmlə qapadaraq soyuducuda 10 dəqiqə qədər saxlayın.
  • Yanmaz yapışmaz olan düz altlıqlı bir tavanı azca yağlayın  və qızdırın.
  • Hazırladığınız qarışıqdan bir çömçə qədər tavaya töküb tavaya yaxşıca yayın  və bu prosesi sürətli edin.
  • Bir üzü bişdikdən sonra digər üzünə çevirərək o biri üzünü də bişirin.
  • Bu prosesi qurtarana qədər bişirin.
  • Blinciklərinizi pendirlə, kərə yağı, meyvə , şokolad və s kimi ərzaqlarla birlikdə   servis  edin.
  • Hazırladığınız plinçikləri süvdiklərinizlə nuş edin!

 

So, what do you think ?