Min Bir Dad

Lalə salatı

0

Lalə salatı

Lalə salatı üçün lazım olan ərzaqlar:

  • 200 q Tilsiter pendiri,
  • 300 q toyuq file,
  • 3 ədəd pomidor,
  • göbələ konservi,
  • Göy soğan,
  • Cəfəri,
  • 150 q mayonez,
  • Duz,
  • İstiot,
  • 1 ədəd zeytun

Lalə salatının hazırlanma qaydası:

  • Toyuq fileni təmizlədikdən sonra bişirib  kiçik -kiçik doğrayın.
  • Göbələk konservini də suyunu süzdükdən sonra kiçik parçalar halında doğrayın.
  • Pomidoru yuyub suyunu sildikdən sonra  birini halqavari, digər ikisini isə kiçik- kiçik  doğrayın.
  • Tilsiter pendirini də rəndələyin.
  • Göy soğanı  kiçik-kiçik doğrayın.
  • Bu işləmlər başa şatdıqdan sonra salatın hazırlanmasına başlayın.
  • Hazırladığınız toyuq fileni boşqabın içərisinə töküb yayın.
  • Sonra filenin üzərinə mayonez əlavə edin ki, filenin üzəri örtülsün.
  • Mayenezi yaydıqdan sonra göbələk konservini də əlavə edin.
  • Göbələyin üzərinə doğradığınız göy soğanı   əlavə edin.
  • Yenidən mayonez əlavə edin.
  • Bundan sonra isə doğradığınız pomidoru da əlavə edərək üzərinənə  duz və istiotunu da səpin.
  • Ən sonda isə rəndələdiyiniz Tlisiter  pendiri ilə ərzaqların üzərini qapadın.
  • Doğradığınız pomidorları gül formasında salatın üzərinə düzüb orta hissəsinə  zeytun dənəsini əlavə edin.
  • Gülün yaşıl yarpaqlarını isə cəfəridən istifadə edib düzəldin.
  • Artıq salatınız servisə hazırdır.

Nuş olsun!

So, what do you think ?