sayfa içeriği

Min Bir Dad

Limon və portağallı limonat

0

limonat3

Limon və portağallı limonat

Limonat hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 1 portağal,
  • 1 limon,
  • 1 stəkan şəkər(öz zövqünüzə uyğun),
  • 3 litrə su,
  • Arzuya görə nanə

Limonatın hazırlanma qaydası:

  • Limon və portağali təmiz-təmiz yuyun.
  • Suyunu silin ki, doğrayanda çox sulu olmasın.
  • Sonra limon və portağalı alma dilimi kimi dilimləyin.
  • Dilimlədiyiniz meyvəzəli soyuducuya yığıb donmağa qoyun. Meyvələrin qabıqlı olması sizi qorxutmasın.
  • Çünki, donanda qabıqlarda olan acılıq gedir.
  • Limonat hazırlamazdan 15 dəqiqə əvvəl soyuducudan meyvələri çıxardın və rondoya alıb üzərinə şəkər əlavə edib rondodan keçirdin. Rondodan çıxardandan sonra geniş bir qaba alıb üzərinə suyu əlavə edin.
  • Belə vəziyyətdə yarım saat saxlayın.
  • Yarım saatdan sonra süzün. İçərisinə nanəni əlavə edin.
  • Soyuq halda servis edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *