Min Bir Dad

Limonlu xaşxaşlı muffin

0

Limonlu xaşxaşlı muffin

limonlu-xasxaslı-muffin

limonlu xasxaslı muffin

Limonlu xaşxaşlı muffin  üçün lazım olan ərzaqlar:

  • 3 yemək qaşığı əridilmiş kərə yağı,
    1/2 çay stəkanı duru yağ,
    2 ədəd  yumurta,
    1,5 çay stəkanı qatıq,
    1 paket qabartma tozu,
    3/4 su stəkanı   şəkər tozu,
    1 paket vanilin,
    2 yemək qaşığı xaşxaş toxumu,
    1 ədəd  limon qabığı rəndəsi,
    1 ədəd  limonun suyu,
    2,5 su stəkanı  un,

 

Limonlu xaşxaşlı muffinin hazırlanma qaydası:

  • Bütün ərzaqların otaq temperaturunda olmasına diqqət edin.
  • Xüsusi ilə kərə yağı əridilib soyudulmuş olmalıdır.
    Yumurta və şəkəri bir qabın içərisində yaxşıca  çırpın.
  • Ardından üzərinə qatıq, ərimiş kərə yağı və duru  yağ əlavə edərək çırpmağa davam edin.
  • Limon suyu, rəndələnmiş limon qabığı, xaşxaş və vanilini  də əlavə edərək yaxşıca  çırpın.
  • Sonra unu yavaş-yavaş   əlavə etməyə  başlayın.
  • Unu əlavə etdikcə spatula yardımıyla altdan üstə doğru qarışdıraraq bütün ərzaqları  bir- birinə qarışdırın.
  • Qabartma tozunu da əlavə edin.
  • Çox da bərk olmayan  orta bərklikdə  bir muffin xərci əldə   edin.
  • Muffin kağızı və ya yağlanmış  muffin qəliblərinə hazır xəmiri paylaşdırın.
  • Paylaşdırarkən   qablarda bir  barmaq boşluq  qalmasına   diqqət edin.
  • Əvvəlcədən 175 dərəcə  qızdırılmış   fırında 20-30 dəqiqəyə yaxın  bişirin.
  • Bişincə çıxarıb  otaq temperaturunda   soyumağa buraxın.
  • Muffinləriniz hazır!

Nuş olsun!

So, what do you think ?