sayfa içeriği

Min Bir Dad

Luçenik ( Qarğıdalı unlu duzlu keks )

Luçenik ( Qarğıdalı unlu duzlu keks )

Luçenik ( Qarğıdalı unlu duzlu keks )

Luçenik ( Qarğıdalı unlu duzlu keks )

Luçenik ( Qarğıdalı unlu duzlu keks )  üçün lazım olan ərzaqlar:

  • 4-5 yumurta,
  • 1 kasa   qarğıdalı  unu,
  • 4-5 qaşıq ağ un,
  • 1 dəstə  təzə soğan ( Pırasa və ya Ispanaq ),
  • 1 kasa  qatıq,
  • 1 stəkan duru  yağ,
  • 1 stəkan şor  ( Arzuya görə ),
  • 1 qabartma tozu,
  • Kərə yağı,
  • Şəkər,
  • duz

Luçenikin ( Qarğıdalı unlu duzlu keks )  hazırlanması:

  • Yumurtaları dərin bir qabda çırpın. 
  • Qatıq və duru yağı əlavə edib çırpmağa davam edin.
  • Qarğıdalı unu və  ağ unu bir yerdə qatıb içərisinə qabartmatozu əlavə edin.
  • Bundan sonra digər ərzaqları da əlavə edib qarışdırın.
  • Soğanları incə-incə doğrayıb  içərisinə arzuya görə şor əlavə edin.
  • Təzə soğan ana malzəmədir.
  • Bundan əlavə ispanaq  və ya pırasa ilə də hazırlaya bilərsiniz.
  • 1 yemək qaşığı qədər şəkər tozunu və  duz əlavə edin. Bütün  ərzaqları da bir qaşıq yardımı ilə əzdirmədən qarışdırın  və yarı axışqan boza qatılığında bir çeşid duzlu keks xəmiri əldə edin.
  • Yağlanmış bir fırın sinisinə bu xəmiri  çox da qalın olmayacaq şəkildə  yayın.
  • Qaşığla azca oyuq halına gətirilmiş malzəmənin üzərinə  bir parça kərə yağı qoyun  və nar kimi qızarana qədər bişirin.
  •  Kərə yağını keks fırından çıxmazdan bir neçə dəqiqə qabaq da   əlavə edə bilərsiniz.
  • Qızaran bir Liçenikin üzərinə kərə yağı sürtərək keksin üzərini parıldadıb  bir neçə dəqiqə dadını verməsi üçün fırınlamağa davam edin.
  • Ardından fırından alıb kənarda bir müddət dinləndirin.
  • Soyuyunca dilimləyib servis edin.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *