sayfa içeriği

Min Bir Dad

Lülə kabab

0

Lüle kabab

 

Lülə kabab

Lülə kabab Azərbaycan milli yemək növlərindən biri olub, qiymədən hazırlanır.

Bu kabab uzunsov formada enli şişlərə taxılır.

Görünüşünə görə odlu silahların lülə hissəsinə bənzəyir.

Ona görə də belə adlandırılıb.

Lazım olan ərzaqlar:

Hər pay üçün:

  • 300 q qoyun əti,
  • 20 q quyruq yağı,
  • 40 q göy soğan,
  • 15 q reyhan və cəfəri,
  • 45 q un,
  • 5 q duz.

Lülə kabab hazırlanma qaydası:

  • Kababı hazırlamaq üçün qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır.
  • Bunlar sonra soğanla birlikdə ətçəkən maşından keçirilib qiymə hazırlanır.
  •  Bu zaman kababın ləzzətli və şirəli olması üçün ətçəkən maşın yerinə əti doğrama baltaları vasitəsi ilə qiymə halına gətirmək, daha mükəmməl nəticə əldə etməyə gətirib çıxardır.
  • Bu qiymənin necə hazırlandığı videoda ətraflı göstərilir.
  • Hazırladığımız qiyməyə duz və istiot vurulub yapışqan qiymə kütləsi əmələ gələnə qədər yaxşıca qarışdırılır. Hazırlanıb yoğrulan qiymə bundan sonra 20 dəqiqə soyuq yerdə (soyuducuda) saxlanılıb dincəldilir. Burada qiymə,  ədviyyat, duz və soğan qarışığı ilə özünü tutur.
  • Bu daha da ləzzətli kabab hazırlamaq üçün vacib amillərdən biridir.
  • Dincəlib bişməyə hazır hala gələn qiyməni  yastı  usunsov şəkildə 1,4 sm enində 45 qramlıq hissəciklər halında  hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır.
  • Bunun üçün enli şişlərdən istifadə edilməsi məqsədəuyğundur.
  • Şişlərə taxılmış qiymə artıq bişməyə hazırdır.
  • Lülə kabab manqalda odsuz kömür (köz) üzərində bişirilir.
  • Lülə kabab tam bişməsi üçün arada şişləri çevirmək lazımdır.
  • Bu zaman həm kabab yanmaz, həm də hər tərəfdən bərabər miqdarda bişər və iç hissəsi qırmızı rəngdə çiy olaraq qalmaz.
  • Kababın yanında mütləq lavaş verilir.

Lavaş hazırlama qaydası:

  • Lavaş hazırlamaq üçün un ələnir, içərisinə su və duz qatılıb bərk xəmir yoğrulur.
  • Sonra bu xəmir kündələrə ayrılır.
  • Dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır.
  • Yayılan bu yuxanın hər iki üzü yağsız tavada bişirilir.
  • Lülə kabab süfrəyə verilən zaman lavaşın içərisinə bükülür və bunun yanına halqavarı doğranış soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.

Nuş olsun!

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *