Min Bir Dad

Lyubaşa salatı

0

Lyubaşa salatı

lyubaşa salatı

 

1001 dad saytı bu gün sizlərə dünya mətbəxindən olan bir salatı təqdim  edir.

Bu salatı hazırlamağı və yaxınlarınızla birlikdə bayrtam süfrəsində nuş etməyinizi  arzu edirik.

 40 dəqiqəyə,

6 nəfərlik

Lyubaşa salatı üçün lazım olan ərzaqlar:

  • 400 q toyuq döşü,
  • 200 q göbələk,
  • 4 ədəd yumurta,
  • 2-3 ədəd kartof,
  • 2 ədəd yerkökü,
  • 5-6 şorba qaşığı mayonez,
  • 2-3  x /q duru yağ,
  • 1 ədəd  soğan,
  • 1 dəstə şüyüd yaxud cəfəri ,
  • 1 dəstə yaşıl soğan ,

Hazırlanma qaydası:

  • Əvvəlcə toyuğu qaynadın.
  • Toyuq ətini təxminən 20 dəqiqə bişirin.
  •   Bişirib soyutduğunuz  ətləri kiçik dilimlərə doğrayın  və yaxud da didikləyin.Bir cüt şirin yerkökü seçin.
  • Yerkökünü də qaynadıb  soyudun.
  • Yerkökünün də qabıqlarını soyun.
  • Soyutduğunuz yerkökünü rəndələyin və yaxud da incə-incə doğrayın.Soğanı incə doğrayın  1 xörək qaşığı yağda göbələk ilə birlikdə qızardın.
  • Həm təzə, həm də dondurulmuş şampinon göbələyindən istifadə edə bilərsiniz.
  • Göbələkləri də doğrayın.
  • Yumurtaları da qaynadıb soyudun  və qabıqlarını təmizləyin.
    Qaynadılmış toyuq yumurtalarının  da ağ  və sarısını ayrıca qablara ovxalayın.
    Kartofları da qabıqlı  qaynadın.
  • Bişirdiyiniz kartofları soyub bir qaba döğrayın(rəndələyin).
  • Gözəl bir  salat hazırlamaq üçün, böyük bir boşqabın ortasında bir stəkan qoyun.
  • Salat hazır olandan sonra stəkan rahat çıxsın deyə duru yağla yağlayın.
  • Stəkanın kənarından   başlayaraq doğranmış kartofları yayın.
    Üzərinə duz və mayonez çəkin.
  • Kartofun üzərindən  toyuq ətini  yayıb üzərinə azca duz və mayonez çəkin.
    Təzə soğanı yuyun.
  • Sonra suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə sərin.
  • Yaşıl  soğanları incə-incə  doğrayıb ət qatının  üzərinə yayın.
  • Sonra soğanın üzərinə yerkökünü yayın.
  • Azca duz səpib yenidən üzərinə mayonez çəkin.
    Qızardılmış göbələkləri  də yayın və üzərinə mayonez çəkin.
    Sonra yumurta ağlarını  yayın.
  • Yumurta ağının üstünə yumurta sarısını zolaq şəklində yayın.
    Salatanın üstündəki sarı dilimlərin arasını yerkökü ilə doldurun.
  • Salat hazır  olduqdan sonra   stəkanı çıxardın.
    “Lyubaşa” salatı hazırdır.
  • Salatı göyərti ilə gözəl bəzəmək qalır.
  • Salatı bayram süfrəsinə verməzdən əvvəl  iki saat soyuducuda saxlayın.
  • Bu salat həm də qəlyanaltı süfrələrinin bəzəyidir.

So, what do you think ?