fbpx

Min Bir Dad

Mərakeş noxud salatı

0

Mərakeş noxud salatı

 

Mərakeş mətbəxi çox gözəldir.

Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir. 

Mərakeş xörəkləri demək olar ki, rəngli, ədviyyatlı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur. 

 Noxud salatı Mərakeş xörəkləri  içərisində ən dadlı bir salat növüdür. 

 Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır.

Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.

4 pay üçün

Mərakeş noxud salatı üçün lazım olan ərzaqlar:

  • 1 1/4 fincan noxud,
    1 orta ölçülü  qırmızı soğan,
    4 diş sarımsaq,
    Bir cimdik döyülmüş zirə (vacib deyil),
    1 çay qaşığı (zövqə görə) üyüdülmüş qırmızı bibər,
    3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı,
    Təzə sıxılmış 1 limonun şirəsi,
    Bir qədər doğranmış cəfəri,
    Bir qədər doğranmış keşniş,
    120 qram ovulmuş  hər hansı növ ağ pendir (vacib deyil),
    Zövqə görə duz,
  • döyülmüş qara istiot,

Mərakeş noxud salatının hazırlanması:

  • Axşamdan noxudları  soyuq suda isladın.
  • Suda isladılmış noxudları süzüb dərin qazana tökün.
  • Üzərinə çıxanadək su əlavə edib qaynamağa qoyun.
  • Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadın.
  • Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin.
  • Bişmiş noxudların suyunu  süzüb , qabıqlarını  ovuşduraraq çıxardın.
  • Soğanları ikiyə bölüb incə-incə doğrayın.
  • Sarımsaqları xırda-xırda doğrayın.
  • Limonu sıxıb suyunu çıxardın.
  • Göyərtiləri incə-incə doğrayın.
  • İsti noxudları bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, toz bibər, zeytun yağı və limon şirəsi əlavə edilərək  yaxşıca qarışdırın.
  • Zövqə görə duz, istiot qatın, doğranmış göyərtinin də çox hissəsini əlavə edin.
  • Əgər istifadə edəcəksinizsə  salatın üzərinə pendir ovub tökün və göyərtinin qalan hissəsini  səpin.
  • Hazır salatı isti halda çorəklə birgə süfrəyə verin.

Nuş olsun!

 

So, what do you think ?