Min Bir Dad

Mahluta şorbası

Mahluta şorbası

mahluta-şorbasi

mahluta-şorbasi

 

Lazım olan ərzaqlar:

  • 1 stəkan qırmızı mərcimək,
  • 1/2 su stəkanı düyü,
  • 1 ədəd iri quru soğan,
  • 3 yemək qaşığı duru yağ,
  • 8 stəkan su,
  • 1 yemək qaşığı  tomat
  • 1 yemək qaşığı təzə sıxılmış limon suyu,
  • 1 çay qaşığı kərə yağı,
  • 1 şirniyyat qaşığı toz qırmızı bibər

 

Mahluta şorbasının hazırlanma qaydası: 

  • Qırmızı mərciməyi və düyünü bol suda yaxşıca yuyub süzün.
  • Süzdüyünüz  mərcimək və düyünü  dərin  bir qazana yığın.
  • Üzərinə 8 stəkan su və bir az duz əlavə edib qarışdırın.
  • Digər tərəfdə isə içərisinə 3 yemək qaşığı duru yağ  qoyduqunuz tavanı  ocağa qoyun.
  • İçərisinə incə-incə doğradığınız soğanları töküb yumşalana qədər qovurun.
  • Qovurduğunuz soğanların üzərinə bir yemək qaşığı tomat əlavə edin  və 1 dəqiqə daha qovurun.
  • Sonda zövqünüzə görə ədviyyatları qatıb  qarışdırın.
  • Mərcimək və düyü tamamən yumşaldıqdan sonra üzərinə qovrulmuş tomatlı soğanı əlavə edin.
  • Bir az qaynadıb ocaqdan alın.
  • Hazırladığınız şorbanı isti halda servis edin.
  • Şorbanın qatılığı çoxdursa azacıq su əlavə edin.

 Nuş olsun!

So, what do you think ?