Min Bir Dad

Mannı tortu

mannı tortu

mannı tortu

 

Mannı tortu tərkibi:

xəmir:

  • 4 yumurta,
  • 2 st. 10-15%-li xama,
  • 2 st. şəkər tozu,
  • 1,33 st. mannı yarması,
  • 1,5 ç.q.  soda,
  • 3 x.q. kakao,

    krem: 
  • 350 q kərə yağı,
  • 1 banka qatılaşdırılmış süd (8,5%-li),

qlazur: 

  • 4 x.q. şəkər tozu,
  • 3 x.q. kakao,
  • 2 x.q. süd,
  • 70 q kərə yağı,
  • qoz (istəyə görə),
  • xaş-xaş (istəyə görə),

Mannı tortunun  hazırlanması:

  • Mannı tortu hazırlamaq üçün şəkər tozu, xama, yumurta, söndürülmüş sodanı çalın.
  • Tədricən mannını əlavə edin.
  • Xəmiri iki bərabər yerə bölün, birinə kakao və xırdalanmış qoz (və ya xaş-xaş) qatın.
  •  Əlavələri sevmirsinizsə, yalnız kakao qatın.
  •  Hər hissədən iki korj bişirin (cəmi 4 korj: ikisi ağ, ikisi kakaolu).
  • Sinini yağlayın.
  • Siniyə tökməzdən əvvəl xəmiri bir də qarışdırın, çünki mannı dibə çökür.
  • 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
  • Bu qayda ilə 4 korj bişirin.
  • Kremi hazırlamaq üçün   yumşaldılmış kərə yağını qatılaşdırılmış südlə çalın.
  • Qlazur üçün isə  şəkər tozu, yağ, süd və kakaonu qarışdırıb ocağın üstünə qoyun.
  • Qarışdırın, qaynara düşəndən sonra vam odda daha 5 dəqiqə bişirin.
  • Soyudun.
  • Korjlara şərbət hopdurun (1:1 nisbətində su və şəkər tozu,  həmçinin mürəbbə suyuna süd qatıb ondan da istifadə edə bilərsiniz).
  • Şərbət korja hopandan sonra üzərinə krem çəkin.
  • Rənglərini növbələməklə və aralarına krem çəkməklə korjları üst-üstə qoyun.
  • Kənarına krem çəkin.
  • Üst qatına krem çəkməyin, qlazur tökün.
  • Üstünü zövqünüzə görə bəzəyin.
  • Məsələn, ağ kremin qalanını şprisə doldurub tortun üstünə zolaqlar çəkin, sonra isə kibrit və ya diş çöpü ilə sağa-sola hərəkət etdirin, qəşəng naxış alınacaq.

 

So, what do you think ?