Min Bir Dad

Mannı yarması ilə keks

Mannı yarması ilə keks

Mannı yarması ilə keks həm çox asan hazırlanır, həm də çox ləzzətli olur.

Hamının sevəcəyi bu keksi hazırlamaq üçün heç bir çətinlik çəkməyəcəksiniz. 

 

Lazım olan  ərzaqlar:

  • Un: 1 stəkan
  • Xama: 1 stəkan
  • Mannı yarması: 1 stəkan
  • Şəkər tozu: 1 stəkan
  • Kenton qabartma tozu: 1 stəkan
  • Kenton şəkərli vanil: 1 paket
  • Yumurta: 4 ədəd
  • Duru yağ: 1 kiçik stəkan

Üzəri üçün:

  • Kenton şəkər kirşanı

Mannı yarması ilə keks hazırlanma qaydası:

  • Yumurtaya şəkər tozu vurulur və çırpılır.
  • Bu zaman yumurta ilə şəkər tozu tamamiylə bir – birinə qarışması daha yaxşı nəticə əldə edilməsini təmin edir.
  • Ağardıqdan sonra içərisinə xama, duru yağ, mannı yarması, Kenton şəkərli vanil, Kenton qabartma tozu vurulur.
  • Yenidən  mikserlə qarışdırmağa davam edilir.
  • Un az-az əlavə edilir.
  • Bişirmək üçün qabın dibinə bişirmə kağızı sərilir, yanları yağlanır.
  • Hazırlanan qarışıq buraya alınır.
  • 180 dərəcədə bişirilir.
  • Keks soyuduqdan sonra üzərinə kenton şəkər kirşanı səpilir.
  • Mannı yarması ilə keks hazırdır.

Nuş olsun!

Facebook.com/1001dad

Youtube kanalımız

 

Kakaolu keks

İsveç üsulu badamlı keks

Vişnəli keks

So, what do you think ?