Min Bir Dad

Manqalda göbələk kababı

 

manqalda göbələk kababı

manqalda göbələk kababı

Manqalda göbələk kababı

Lazım olanlar:

  • Göbələk,
  • Duz.

Manqalda göbələk kababı haırlanma qaydası:

  • Əvvəlcə manqal yandırılır.
  • Köz düşməsi gözlənilir.
  • Manqalda göbələk kababı bişirmək üçün manqal odlu olmamalıdır.
  • Köz düşüb temperatur biraz azaldıqdan sonra kababı bişirmək olar.
  • Əks təqdirdə göbələk yanar.
  • Manqal yanarkən göbələklər təmizlənir və ayıtlanır.
  • Bundan sonra geniş bir qabın içərisinə su doldurulur və göbələklər də buraya suya qoyulub gözlədilir. Bunu etməkdə məqsəd odur ki, aralarda qalan torpaq dənəcikləri suya qarışıb qabın dibinə hopur. Bundan sonra göbələklər təmiz su ilə yaxşıca yuyulur.
  • Təmizlənib duru su ilə durulandıqdan sonra bir aşsüzənə qoyulur.
  • Suyunu tamamən çəkir.
  • Közü düşən manqalın üzərinə izqara qoyulur.
  • Göbələklərin papaqcıqları tərsinə ( yəni üzü yuxarı  gələcək şəkildə) düzülür.
  • Üzərlərinə biraz duz səpilir.
  • Göbələklər bişdikcə papaqcıqların içərisinə su dolmağa başlayır.
  • Bişmə zamanı göbələklərin ağ rəngi dəyirib tündləşir.
  • Süfrəyə isti – isti və içərisindəki su dağılmadan servis edilir.

So, what do you think ?