sayfa içeriği

Min Bir Dad

Mayasız boyatlaşmayan çiçək poaça

Mayasız boyatlaşmayan çiçək poaça

Mayasız boyatlaşmayan çiçək poaça

Mayasız boyatlaşmayan çiçək  poaça

Ən çox oxunan 1001dad saytı  ləzzətli bir poaça tərifini sizlərin diqqətinə çatdıracaqdır. Digər təriflərdən daha çox oxunan yemək təriflərindən biri olan   “Mayasız boyatlaşmayan çiçək poaça “tərifini böyük bir keyiflə hazırlamağınızı və sevdiklərinizlə birgə nuş etməyinizi arzulayıram!

Mayasız boyatlaşmayan çiçək poaça  üçün lazım olan ərzaqlar: 

 Xəmiri üçün:

  • 125 q otaq temperaturunda yumşalmış marqarin,
  • 1 qəhvə fincanı maye yağ,
  • yarım qəhvə fincanı üzüm sirkəsi,
  • 1 şirniyyat qaşığı duz,
  • 2 ədəd yumurta(sarısının birini üzərinə vurmaq üçün ayıracağı),
  • 1 paket qabartma tozu,
  • 3-3, 5 stəkan un(200 ml-lik stəkanla),   

 İçi üçün lazım olan ərzaqlar:

  •  Pendir,

 Üzəri üçün:

  • Yumurta sarısı,
  • Zeytun,
  • Küncüt,.

Mayasız boyatlaşmayan çiçək poaçanın hazırlanma qaydası:

  • Mayasız boyatlaşmayan çiçək poaçanın xəmirini hazırlamaq üçün dərin bir qabda marqarini, maye yağı, yumurta, duz  və sirkəni qarışdırın.
  • Üzərinə qabartma tozunu əlavə edib yenidən qarışdırın.
  • Bir az qarışdırdıqdan sonra qarışığın üzərinə unu  yavaş-yavaş əlavə edib xəmir yoğurun.
  • Çalışmaq lazımdır ki, xəmir ələ yapışmayan yumşaq bir xəmir olsun.
  • Bir az dincə qoyduqdan sonra  yoğrulan xəmirdən qoz boyda kündələr ayırın  və ovuc içində yuvarlayaraq kündələr hazırlayın.
  • Kündələri düzənli bir kətanın üzərində barmaq ucları ilə yastılayın.
  • Açdığınız xəmirin üzərinə pendir qoyun və kənarlarındakı xəmirləri ortada birləşdirib bağlayın.
  • Ovuc içərisində təkrar yuvarlayaraq azca yastılayın və qapatılan hissə altda qalmaq şərti ilə düz bir yerə  yığın.
  • Ortasına zeytun dənəsi yapışdırın  və kənarlarını bıçaq yardımı ilə 8 yerə ayırıb  çiçək şəkli verin.
  • Şəkil verdiyiniz mayasız boyatlaşmayan çiçək poaçanı yağlı kağız   sərilmiş fırın sinisinə aralıqlı olaraq düzün.
  • Üzərlərinə fırça yardımı ilə yumurta sarısı yaxın və küncüt səpin.
  • Əvvəlcədən 180 dərəcə qızdırılmış  fırında üzəri qızarana qədər   bişirin.
  • Üzəri qızarandan sonra poaçaları fırından çıxardıb soyumağa qoyun.
  • Soyuduqdan sonra servis edə bilərsiniz.
  • Bu ölçü ilə hazırlanan xəmirdən 16 ədəd poaça alınır.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *