Min Bir Dad

Mimoza salatı

0

 Mimoza salatı

mimoza salatı

mimoza salatı

Mimoza salatı

Mimoza salatı ziyafət süfrələrinin vazkeçilməz və qidalı təamlarından biridir. 

Lazım olan ərzaqlar:

  • 5 ədəd orta boy kök,
  • 5 ədəd orta boy kartof,
  • 5 ədəd yumurta sarısı,
  • 4-5 dənə toyuq budu (balıq, yaxud ət),
  • 250 q mayonez,
  • 250 q smetan,
  • Duz
  • İstiot
  • Bir parça holland pendiri və ya nar dənələri və ya şüyüd

Mimoza salatı hazırlanma qaydası:

  • Salatı hazırlamaq üçün əvvəlcə kartofların qabıqlarını soyub iri-iri doğrayın.
  • İri-iri doğradığınız karfofları qazana qoyub üzərinə isti su əlavə edin.
  • Kartofları 10-15 dəqiqə bişirin.
  • Bişmiş kartofları bir süzgəcin içinə qoyub süzün.
  • Kökü iri –iri rəndələyərək üzərinə isti su əlavə edərək kartof kimi bişirib süzün.
  • Toyuğu suda bişirin.
  • Bişirdiyiniz toyuq ətini əvvəlcə didin, sonra isə mətbəx robotundan keçirdin.
  • Yumurtanı bişirib soyun.
  • Yumurtanın qabığının asan soyulması üçün bişirdikdən sonra yumurtaları soyuq suyun altında tutub soyudun.
  • Yumurta sarılarını çəngəllə möhkəm əzin.
  • Smetanla mayonezi möhkəm qarışdırın.
  • Salatı hazırlayacağımız qabın alt qisminə əzilmiş kartof yayın.
  • Duz və istiot səpilib üzərindən möhkəm basın.
  • Bundan sonra kartofların üzərinə mayonezli smetanı sürtün.
  • Mayonezli smetanın üzərindən isə əzilmiş toyuğu yayın.
  • Bunları elədikdən sonra didilmiş toyuq ətinin üzərindən  mayonezli smetan sürtün.
  • İndi isə sıra gəldi yumurtaya.
  • Yumurtanı mayonezin üzərindən yayın.
  • Və yenə mayonez qoyun.
  • İndi isə bişib hazırlanmış kökləri yayın.
  • Kökün üzərindən də biraz mayonez sürtün.
  • Və mimoza salatının ən üst hissəsinə də mayonez sürtərək salatın üzərini qapadın.
  • Hazırlanan salatı bir gecə soyuducuda saxlamaq lazımdır.
  • Holland pendirini rəndənin incə gözündən rəndələyin.
  • Hazırladığınız bu holland pendiri rəndəsini Mimoza salatını süfrəyə verməzdən əvvəl salatın üzərinə bvrabər şəkildə səpin.
  • Ancaq bu zaman diqqət edin ki, rəndələnmiş holland pendiri rəndəsi salatın üzərinə yapışmasın. Yəni havalı bir şəkildə salatın üzərində qalsın.
  • Bundan sonra kartof soyulan alət vasitəsi ilə holland pendirinin kənarlarını soyun.
  • Bu soyulmuş holland pendirindən 3-4 barmaq enində parçalar kəsərək qıvırın.
  • Bu qıvrılmış holland pendiri parçalarının içərisinə kök kəsib yerləşdirin.
  • Cəfəri saplarından sap hazırlayın.

Salatın üzərini zövqə görə holland pendiri, nar dənələri, və ya xırda doğranmış şüyüdlə bəzəmək mümkündür.

Nuş olsun!

 

So, what do you think ?