fbpx

Min Bir Dad

Mürəbbəli qurabiyə

 Mürəbbəli qurabiyə

Mürəbbəli Qurabiyə

Mürəbbəli qurabiyə

Mürəbbəli qurabiyə

 

Lazım olan ərzaqlar:

  • 1 ədəd yumurta,
  • 100 qram kərə yağı,
  • 0,5 kiçik stəkan şəkər kirşanı,
  • 1 kiçik qaşıq qabartma tozu,
  • 1 paket vanil tozu,
  • Aldığı qədər un,

Mürəbbəli qurabiyənin üzəri üçün:

  • mürəbbə və ya povidilo,
  • Şəkər kirşanı

Mürəbbəli qurabiyəni  bişirmə qaydası:

  • Kərə yağı əvvəlcə soyuducudan çıxardıb bir qabda otaq temperaturunda gözlədin.
  • Kərə yağı yumşalmalıdır.
  • Bir qabda yumşalmış kərə yağı, şəkər kirşanı və yumurtanı bir – birinə yaxşıca qarışdırın.
  • Daha sonra bu qarışığın içərisinə qabartma tozu, vanil və az – az un əlavə edin.
  • Bunları da qarışdırıb xəmir yoğurun.
  • Xəmirin qatılığı qulaq ucu yumşaqlığında olmalıdır.
  • Bundan sonra hazırladığınız xəmirdən kiçik – kiçik hissələr qopardın.
  • Bu xəmir parçalarını yumrulayaraq kürə formasına gətirin.
  • Bu xəmir kürəciklərini əliniz vasitəsi ilə və yaxud da səliqəli olması üçün bir qapaq vasitəsi ilə ortasından təzyiq edərək çuxur əmələ gətirin.
  • Fırın sinisinin içərisinə yağlı kağız sərin. Mürəbbəli qurabiyə xəmirlərini bu yağlı kağızın üzərinə səliqə ilə düzün.
  • Duxovkanı 180 dərəcəyə ayarlayıb isidin.
  • Duxovka 180 dərəcəyə isidildikdən sonra qurabiyələri bu duxovkada bişirin.
  • Qurabiyələr bişdikdən sonra duxovkadan çıxardın və soyumasını gözləyin.
  • Soyuyan qurabiyələrin üzərinə əvvəlcə şəkər kirşanı səpin.
  • Ondan sonra da şəkər kirşanı səpilən qurabiyələrin içərisindəki çuxurlara bir qaşıq mürəbbə (və ya povidla) əlavv edin.
  • Ləzzətli və gözoxşayan görünüşlü qurabiyə artıq hazırdır.
  • Rahatlıqla süfrəyə verə bilərsiniz.
  • Çox ləzzətli olan bu qurabiyələr, uşaqlar tərəfindən də çox seviləcək.

Nuş olsun!

 

So, what do you think ?