sayfa içeriği

Min Bir Dad

Nərgiz salatı

0

Nərgiz salatı

nərgiz salatı

Nərgiz salatı

Nərgiz salatı

Nərgiz salatı hazırlcmaq çox asan olmasına rağmən, eyni zamanda çox ləzzətli və göz oxşayan bir salat  növüdür.

Süfrəyə verilərkən üzərindəki bəzəklər Nərgiz gülünə bənzədiyi üçün Nərgiz salatı adlanır.

Hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Toyuq əti: 200 qram,
  • Baş soğan: 2 ədəd,
  • Göbələk : 300 qram,
  • Kartof (suda qaynadılmış): 2 ədəd,
  • Pendir (ağ rəngli holland pendiri də olar): 200 qram,
  • Kök (suda qaynadılıb bişirilmiş): 2 ədəd,
  • Mayonez: aldığı qədər,
  • Xama: aldığı qədər,
  • Göyərti: Zövqə görə,
  • Duz: Zövqə görə,
  • İstiot: Zövqə görə,

Bəzək üçün:

  •  Yumurta
  • Nərgiz salatının hazırlanma qaydası:
  • Nərgiz Salatı hazırlamaq üçün əvvəlcə baş soğanları soyun.
  • Soğanları soyduqdan sonra bu baş soğanlardan birini doğrayın və əvvəlcədən təmiz yuyulub suyunu çəkən göbələklə bir tavada qızardın.
  • Göbələklərin içərisində torpaq hissəciklərinin qalmaması, təmiz olması üçün yuduqdan sonra geniş bir qaba su qoyun və göbələkləri bu suda biraz gözlədin.
  • Bundan sonra yenidən yuyun və suyunu çəkməsi üçün süzgəcdə gözlədin.
  • İki ədəd kartof və iki ədəd kök də suda qaynadılır və qabıqları soyulur.
  • Kartoflar qabıqları soyulduqdan sonra əzilir və sürtgəcdən keçirilir.
  • Bundan sonra qabıqları soyulan bişmiş köklər də əzilir və sürtgəcdən keçirilir.
  • Kartof və kök sortgəcdən keçirildiyi zaman, içərisində iri parçalar qalmır.
  • Hamısı əzilmiş olur.
  • Bu zaman salat daha səliqəli çıxır.
  • Toyuq əti suda bişirilir və bişmiş ət didilib salat üçün hazırlanır.
  • Bundan sonra bir boşqabın dibinə əvvəlcədən bişirib, didilib hazırladığımız toyuq əti düzülür.
  • Didilmiş toyuq ətinin üzərindən lay – lay əzilib sürtgəcdən keçirilmiş kartof və kökü də düzürük.
  • Bu zaman layların arasına mayonez vururuq.
  • Salatın ən yuxarısına isə yağda qızardılmış soğan və göbələk qızartmasını vururuq.
  • Bunların üzərini də mayonez və xama ilə yaxşıca örtürük.
  • Ağ və ya holland pendirini də rəndədən keçiririk.
  • Pendir qırıntılarını da salatın üzərinə səpirik.
  • İndi isə sıra gəldi salatın bəzədilməsinə.
  • Bunun üçün kökü suda bişiririk. Sonra bu suda bişmiş kökləri nazik halqa formasında kəsirik. Bu kök halqalarının ortasını ehtiyatla çıxardırıq.
  • İçi çıxardılmış kökləri nərgiz gülü kimi düzürük.
  • Çiçəklərin saplaqları üçün isə göy soğandan istifadə edirik.
  • Suda qaynattığımız kökdən hazırladığımız nərgiz gülünün ləçəklərinin içərisindəki boşluğu bəs necə edək?.
  • Nərgiz gülü ləçəklərinin içərisini doldurmaq üçün yumuranı suda qaynadırıq.
  • Qaynayıb bişən yumurtaların  qabıqlarının rahat soyulması üçün isti – isit soyuq suya tuturuq. Yumurtaların qabıqlarını soyuruq.
  • Ağını ayırırıq.
  • Yumurtaların sarısını rürtkəcdən keçiririk.
  • Bu əzdiyimiz yumurta sarıları ilə bişmiş kökdən hazırladığımız nərgiz güllərinin ləçəklərinin boşluqlarını doldururuq.

Nuş olsun!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *