Min Bir Dad

Napoleon tortu

napoleon tortu

napoleon tortu

Napoleon tortu üçün lazım olanlar: 

Xəmir üçün:

  • Un: 4 stəkan,
  • Yumurta: 2 ədəd,
  • Duz: 0,5 çay qaşığı,
  • 6%-li sirkə: 2 çay qaşığı,
  • Su (ilıq): 1 stəkan,
  • Kərə yağı: 500-600 qram,
  • Yağ və yaymaq üçün əlavə un,

Napoleon tortu kremi üçün:

  • Qatılaşdırılmış süd: 1 banka,
  • Kərə yağı: 200 qram,
  • Vanil: 0,5 paket (təqribən 5 qram),

Qeyd:

  • Napoleon tortu üçün bişirilmiş kremdən də istifadə etmək mümkündür.

Tortun üzərinə və layların arasına səpmək üçün:

  • Qoz ləpəsi,

Napoleon tortu hazırlanma qaydası:

Tort üçün kremin hazırlanması

  • Qatılaşdırılmış süd ilə yağlı krem.

Xəmiri hazırlamaq üçün :

  • Una yumurta, duz, sirkə və su əlavə edib normal xəmir yoğurun.
  • Xəmirin üstünü  örtüb  20-30 dəqiqə saxlayın.
  • Yağı iki hissəyə bölün.
  •  Hər bir hissəsi  250 q olmaq şərti ilə yumşalmış yağın üstünə 2-3 xörək qaşığı  un töküb əlinizlə az əzib yayın.
  • Xəmiri iki hissəyə bölüb hər bir hissəsini yuxa kimi yayıb 1 sm qalınlıqda açın.
  • Hər iki yuxanın ortasına hərəsinə 250 q  əzdiyimiz yağı qoyun.
  • Hər iki xəmiri eyni qayda ilə hazırlayın.
  • Əzilmiş yağı yaydığınız yuxanın içinə qoyub zərf kimi bükün.
  •  Xəmiri yayarkən ehtiyatla yaymaq lazımdır ki, yağı içindən çıxmasın.

1- ci dəfə:

  • Bükülmüş xəmiri 1 sm qalınlıqda yayıb 4büküb sellofanın içinə qoyub 10-15 dəqiqə soyuducuda  saxlayın.

 2 -ci  dəfə

  • Xəmiri çıxardıb eyni qayda ilə yayıb bükün yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

3 -cü  dəfə

  • Bir də xəmiri eyni qaydada yayıb bükün, yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

4-cü dəfə

  • Bir də xəmiri eyni qaydada yayıb bükün yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

5-ci  dəfə

  • Bir də xəmiri eyni qaydada yayıb bükün və  yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

6-cı dəfə

  • Xəmiri soyuducudan çıxarıb 0,5 sm qalınlıqda yayın.
  • Yayılmış yağlı xəmiri iki hissəyə bölün.
  • Hər bir xəmirin hissəsinin eni 23-24 sm uzunluğu isə 32-33 sm olacaq.
  • Bu qayda ilə ikinci xəmiri də yayıb yarıya bölün.
  • Qaba kağız sərib xəmiri qoyun.
  • Çəngəl ilə deşin.
  • Sobanı 200 dərəcədə qızdırın.
  • Xəmiri sobaya bişməyə qoyun.
  • Xəmir 15 dəqiqəyə bişəcək.
  • Bu qayda ilə qalan yayılmış yağlı xəmiri də bişirin.
  • Layların hər birinin üst  və alt qırıntılarından bir az təmizləyin.
  • Yanlarını eyni  ölçüdə az kəsib düzəldin.
  • Bir layı qoyub kremləyin.
  • Zövqə görə qoz doğrayıb tökün.
  • Qalan qatları da bu qayda ilə kremləyib qoz tökün.
  •  Axırıncı layı qoyub üzünü və yanlarını kremləyin.
  • Topladığımız qırıntıları ovduqdan sonra üzünə və yanlarına səpin.
  • Zövqə görə üzərinə əlavə olaraq qoz qırıntıları da səpə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?