sayfa içeriği

Min Bir Dad

Narşərab

 NARŞƏRABnarserab

Narşərab hazırlamaq üçün lazım olan ərzaqlar

  • Turş nar

Narşərab hazırlanma qaydası:

  • İnsan sağlımlığı üçün faydalı olan nardan hazırlanan narşərabın hazırlanma qaydası son dərəcə asandır.
  • Buyurun, Narşərabın hazırlanma qaydası ilə tanış olun.
  • Eyni zamanda reseptin video forması da mövcuddur.
  • Nar qabıqlarından təmizlənir.
  • Nar dənələrini rahat təmizləmək üçün əvvəlcə bıçaq vasitəsi ilə ortadan kəsilir.
  • Sonra tərs tərəfindən taxta qaşıqla vurularaq nar gilələri qabıqdan ayrılır.
  • Təmizlənən nar dənələri mümkünsə bir mikser vasitəsi ilə əzilir.
  • Möhkəmcə əzildikdən sonra çəyirdəyi nar şirəsindən ayrılır.
  • Bundan sonra nar şirəsi süzgəcdən keçirilir və narşərabın bişiriləcəyi geniş ağızlı qazana əlavə edilir. Bundan sonra qazan odun üzərinə qoyulur.
  •  Bişirilirkən arada nar şirəsinin üzərindəki kəfi alınır.
  • Bu zaman sobanın temperaturu təqribən 130-150 dərəcə olur.
  • Bişirmə zamanı qazanın dibinin tutub nar şirəsinin yanmaması üçün vaxtaşırı şirəni qarışdırmaq lazımdır. Nar şirəsini qarışdırmaq üçün taxta qaşıqdan istifadə etmək məsləhət görülür.
  • Çünki metal qaşıqla qarışdırmaq, turşuluq dərəcəsi yuxarı olan nar şirəsinin içərisində oksidləşmə verə bilər.
  • Təqribən 5 saat qaynayan nar şirəsi, bəhməz halına gəlib qatılaşdıqdan sonra ocağın üzərindən gtürülür.
  • Narşərab bişdikdən sonra soyudulur, saxlanılacaq olan qablara alınır.
  • Hazır məhsulu saxlamaq üçün şüşə qabdan istifadə etmək məsləhət görülür.
  • Narşərab uzun müddət qalacaqsa, günəş şüalarının bir başa şüşələrə təmas etməməsinə çalışmaq lazımdır.
  • Qaranlıqda saxlamaq məsləhət görülür.
  • Eyni zamanda sərin yerdə saxlamaq lazımdır.

 

Qeyd:

1 kq nar təmizmənmiş nar dənəsindən təqribən 250-300 ml narşərab əldə etmək mümkündür.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *