Min Bir Dad

Naxçıvan kökəsi (bayram kökəsi)

Naxçıvan kökəsi (bayram kökəsi)

Naxçıvan kökəsi (bayram kökəsi)

Naxçıvan kökəsi (bayram kökəsi)

Naxçıvan kökəsinin  (bayram kökəsi) tərkibi: 

xəmir:

  • 1 kiloqram un ,
  • 350 ram  yağ,
  • 2 yumurta,
  • 2 çay qaşığı quru maya,
  • 2 çay qaşığı  şəkər tozu,
  • 1çay qaşığı  duz,
  • 1,5 stəkan  süd ,

: 

  • 450 q qoz ,
  • 2 baş soğan ,
  • duz,
  • istiot ,
  • sarıkök,

üzərinə: 

  • 1 yumurta,

Naxçıvan kökəsinin (bayram kökəsi) hazırlanma qaydası:

  • Naxçıvan kökəsi (bayram kökəsi) hazırlamaq üçün yarım stəkan ilıq süddə 2 çay qaşığı şəkər tozu və mayanı qarışdırın.
  • 15 dəqiqə saxlayın.
  • Yağı əridib soyudun.
  • Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun.
  • Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz.
  • Xəmir çox bərk olmasın.
  • Naxçıvan kökəsi (bayram kökəsi) xəmirinin üzərinə dəsmal sərib isti yerdə 2 saat saxlayın.
  • Xəmirin özünü tutması üçün.

İç:

  • Soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun.
  • Soğan qovrulduqdan sonda sarıkök əlavə edin.
  • Qozu ətçəkən maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın.
  • Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun.
  • Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın.
  • Yastıladığınız Naxçıvan kökəsi (bayram kökəsi) içərisinə 1 xörək qaşığı iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.
  • Siniyə perqament kağızı döşəyin.
  • Naxçıvan kökəsini (bayram kökəsi) aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər).
  • Sobanı 200 dərəcəyə qədər isidin.
  • Bayram kökəsinin üzərinə yumurta çəkin.
  • Naxçıvan kökəsini 200 dərəcə qızdırılmış sobaya qoyun.
  • Üzəri qızaranadək bişirin.

So, what do you think ?