Min Bir Dad

Noxudlu çörək

Noxudlu çörək

Noxudlu çörək

Noxudlu çörək

Noxudlu çörək

Noxudlu çörəyin mayasını noxuddan hazırlamaq lazım olur.

Noxudlu mayanı hazırlamanın özü bir məharətdir.

Hər əl  bu mayanı tuta bilməz! 

1001 dad saytı sizlərə “Noxudlu çörək” tərifini çatdırmağı borc bildi. Yəqin ki bu çprəyi sevər və yaxınlarınızla birlikdə nuş edərsiniz.

Lazım olan ərzaqlar:

1 ovuc ( su  stəkanı ) qədər quru noxud.

  • 6-7 su stəkanı un,
  • 1-2 şirniyyat  qaşığı duz,
  •  duru yağ.

Hazırlanma qaydası :

  • Noxudlu çörəyi bişirmək üçün ilk növbədə ona qatılacaq noxud mayasını hazırlamaq lazımdır.
  • Bunun üçün noxudu mümkünsə dəmir bir həvəngdəstədə parçalayın və un kimi olmasına ehtiyac yoxdur.
  • Qırılan noxudları bir şüşə bankaya  alın.
  • Üzərinə 1 stəkana yaxın un əlavə edin.
  • Sonra isə bir şirniyyat qaşığı duz əlavə edin.
  • Əliniz yanmayacağı qədər olan isti suyu (əsla qaynar olmamalıdır) bankanın yarısına qədər doldurun.
  • Bir qaşıq yardımı ilə ərzaqları qarışdıraraq ağzını örtüb isti qala biləcəyi bir yerdə saxlayın.
  • Bankadakı maya gəldiyində daşmasın deyə bir torbaya qoyurlar.
  • Ertəsi gün mayanı  yoxlayın.
  • Üzərində köpüklənmə və mayalanmanın verdiyi xoş olmayan iydən bunu anlamaq olar.
  • Ancaq buna baxmayaraq mayanın iyi çprək bişdiyində hiss olunmayacaqdır.
  • Çörəyin bişirilməsi üçün mayanın hazırlanmasını gözləmək lazım olduğu üçün  mayanı axşamüstü hazırlayın.
  • Gecə yatmazdan əvvəl  bankaya  bir çay stəkanı qədər isti  su əlavə etsıniz  mayalanma daha sağlam olar.
  • İlk olaraq mayaya 2 stəkan un  əlavə edin və ilıq suyla horra halına gələnə qədər  qarışdırın.
  • Bu xəmiri ilıq bir mühitdə bükərək mayalandırın.
  • Bu  mayalı xəmir 2-3 qat artaraq mayalanınca xəmirinizin yarsını ayırın.
  • Yerdə qalan   mayalanmış xəmirə bir az duz əlavə edin.
  • Mayanı una qataraq yumşaq bir çörək xəmiri yoğurun.
  • Arzuya görə bu xəmirə kəpək də əlavə edərək fərqli bir ləzzət vermiş olarsınız.
  • Çörəyi bişirəcəyiniz qabları kənarlarına qədər yağlayın.
  • Bu  ölçüdən 3 şprək bişirmək olar.
  • Çörək xəmirlərini kündələrə ayırın. və sinilərin içərisinə yayın.
  • Sinilərin üzərini bir bezlə örtüb xəmirin qabarmasını gözləyin.
  • Xəmir  sini içərisində iki qat artacaqdır.
  • Yaxşıca qabaran xəmirləri əvvəlcə orta temperaturda, bişənə yaxın isə yüksək temperaturda bişirin.
  • Fırından çıxan çörəklərin üzərinə azca su çiləyib üzərini bezlə örtün.
  • Bişən çörəkləri tərs çevirib fırından çıxardın.
  • Çörəkləri süfrə büzinə bükərək saxlayın.

Nuş olsun!

So, what do you think ?