sayfa içeriği

Min Bir Dad

Ördək dolması

Ördək dolması

Ördək dolması

Ördək dolması

Ördək dolması

Ördək dolması  üçün lazım olan ərzaqlar:

  • 4 ədəd yaşılbaş ördək,
  • 3 su stəkanı düyü,
  • 5ədət orta boy soğan,
  • 4 yemək qaşığı bibər tomatı,
  • maye yağ,
  • istiot,
  • soda,
  • kəkliktu,
  • duz

Ördək dolmasının hazırlanma qaydası:

Ördəklərin təmizlənib  hazırlanması   qaydası:

  • Ördəklərin üzərinə isti su tökün.
  • Bir az gözləyin.
  •  Qaynar su töküldükdən sonra tüklər rahatlıqla çıxır.
  • Bundan sonra ocaqda ördəyin  qalan tüklərini yandırın.
  •  Bunu da təmizlədikdən sonra ördəyin qarnı açılır   və təmizlənir.
  •  Sonra ördəyin cigərini   təmizləyin.
  •  Təmizlədiyiniz ördəyi təmiz-təmiz yuyub suyunu axıtmaq üçün bir yerdən asın.
  • Ördəyin suyu çəkildikdən sonra istiot, kəklikotu, duz qataraq ördəyin içinə və çölünə sürtərək ovxalayın. Bu proses bişirməzdən 12 saat əvvəl yerinə yetirilsə daha yaxşı   olar.

Dolmanın  hazırlanması:

  • İç plovu hazırlamaq üçün soğanları kiçik-kiçik doğrayın.
  • Doğradığınız soğanları yağda qovurun.
  • İstərsəniz cigərləri də kiçik-kiçik döğrayıb soğanın içində qovurun.
  • Bibər tomatı və düyünü əlavə edin.
  • Düyülər  də qovruiduqdan sonra istiotu, duzu  və 1 stəkan isti suyu əlavə edin.
  • Düyüdən diri bir plov bişirin.
  • Ördəyin içini plov ilə doldurun  və qarnını tikin.
  •  Böyük bir qazanda dolan ördəkləri yağda qızardın.
  •  Bir az bibər tomatı əlavə edin.
  • Ördəkləri tomatlı yağ  ilə o üz bu üz qızardın.
  •  Ördəkləri qazana alın.
  • Yarısına qədər isti su doldurun.
  •  Bir az duz atın.
  • Qaynayan ördəyi daha 30 dəqiqə qədər bişirin.
  • Bişən ördəkləri servis tabağına alın.
  • İstərsəniz  plovun üzərinə ətləri alaraq servis edin.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *