fbpx

Min Bir Dad

Oruk kababı(incə bulğur kababı)

0

640x426xorukkebabi-640x426.oruklazım olanlar:

  • Yarım kq yağlı qiymə(toyuq əti də ola bilər)
  • 1 stəkan incə bulğur,
  • 2 soğan,
  • 2 diş sarımsaq,
  • 1 çay qaşığı istiot,
  • Arzuya görə qırmızı bibər,
  • 1,5 şirniyyat qaşığı bibər tomatı,
  • 1 çay qaşığı nanə ,
  • Çöp şiş,
  • 1 şirniyyat qaşığı duz,

Hazırlanması:

  • Əvvəlcə bir çay stəkanı incə bulğuru isladıb yumşalana qədər gözləyin( suyunu çox qoymaq  olmaz, yumşaq olar  şişdə durmaz).
  • Geniş bir qaba soğan və sarımsağı rəndələyin.
  • Içinə qiyməni,  ədviyyatları və tomatı əlavə edin.15 dəqiqəyə yaxın yoğurun.
  • Daha sonra 10 15 dəqiqə dincə qoyun.
  • Dincə qoymağınızın səbəbi əldə etdiyiniz xərcin çöp şişdən düşməməsi üçündür.
  • Taxta şişlərə taxaraq qızardın.
  • Bir tavada qızarda bilmək üçün şişləri 2-yə ayırın.
  • Bu kababı fırında və manqalda da bişirə bilərsiniz.
  • Oruk kababını  pidə çörəyinin üzərinə qoyaraq da servis edə bilərsiniz.
  • Çöp şişdən çıxartmadan kartof qızartması və plovla da servis edə bilərsiniz.

So, what do you think ?