sayfa içeriği

Min Bir Dad

Özbək plovu

0
Özbək plovu

Özbək plovu

Özbək plovu

Bişirmək üçün lazım olanlar: 

  • 1/2 kq kiçik doğranmış quzu əti
  • 2 ədəd soğan
  • 3 diş sarımsaq
  • 3 ədəd kök
  • Duz
  • İstiot
  • Maye yağ

Özbək plovu hazırlanma qaydası:

Özbək plovu bişirmək üçün əvvəlcə soğanları kub formasında doğrayın.

Bir qazana yağ əlavə edin və yaxşıca isidin.

Bundan sonra doğradığınız soğanları buraya əlavə edin.

Sarımsaqları incə- incə doğrayın.

Soğan bir necə dəqiqə qovrulduqdan sonra buraya sarımsaqları, kiçik – kiçik doğranmış quzu ətini də əlavə edin və 10 dəqiqə qovurun.

Kökü yuyun, və kibrit çöpü şəklində doğrayın.

Doğranmış kök hissəciklərini də əlavə edin və ətlə birlikdə bunları da bir neçə dəqiqə qovurun.

Qazana su,, duz və istiot əlavə edin və qovrulmuş qidaları yarım saat suda bişirin.

Düyünü soyuq suda yuyun.

Sonra qaynayan qazana düyünü əlavə edin.

Düyünün üzərinə təqribən 1 barmaq keçəcək qədər su əlavə edin.

Qazan qaynayıb su düyü ilə eyni səviyyəyə gələnə qədər özbək plovu qazanının qapağını örtməyin. Bundan sonra qazanın qapağını örtün.

Vam odda özbək plovu təqribən 20 dəqiqə bişməlidir.

20 dəqiqə bişən plov süfrəyə verilməyə hazırdır.

Nuş olsun!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *