Min Bir Dad

Panda keks

panda keks

panda keks

Panda keks

Lazım olanlar: 

  • Yumurta: 2 ədəd,
  • Şəkər tozu: 1,5 stəkan,
  • Dəmli çay: 1 stəkan,
  • Maye yağ: 1 stəkandan bir barmaq az,
  • Süd: 1 stəkan,
  • Toz kakao: 2 xörək qaşığı,
  • Un: 2 stəkan,
  • Vanil tozu: 1 paket,
  • Qabartma tozu: 1 paket,
  • Krem şanti: 1 paket,
  • Krem şantini açmaq üçün süd: 3/4 stəkan,
  • Damla şokalad,
  • Hind qozu (kokos),
  • Kiçik şərid konfet,

Panda keks hazırlanma qaydası:

  • Keks hazırlamaq üçün yağ və şəkər tozu krema qatılığına gələnə qədər çırpılıb qarışdırılır.
  • Sonra buna süd, çay və kakao əlavə edilir.
  • Hazır olan qarışıqdan bir stəkan ayrılır.
  • Daha sonra digər xammallar qarışdırılır.
  • Hazırlanan keks xəmiri kağız qəliblərə və ya silikon, metal qəliblərə yarısını biraz keçəcək şəkildə boşaldılır.
  • Soba əvvəlcədən 170 dərəcəyə isidilir.
  • Kekslər 170 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirilir.
  • Ancaq bu bişmə müddəti bəzi fırınlara görə fərqlilik göstərə bilər.
  • Keksləri fırından çıxartdıqdan sonra üzərlərini çəngəllə dəlirik.
  • 10 dəqiqə gözlədikdən sonra əvvəlcədən bir stəkan ayırdığımız sosu kekslərin üzərinə paylaşdıraraq əlavə edirik.
  • Krema hazırlamaq üçün krem şantini süd ilə açırıq.
  • Kekslər sosu çəkdikdən sonra üzərinə damla şokalad və konfet parçaları ilə üzərini panda kimi bəzəyirik.

 Qeyd:

  •  Krem şanti olmadığı təqdirdə onun yerinə özünüzün hazırlayacağı hər hansı kremi istifadə etmək olar.
  • Krem şantidən az miqdarda əvvəlcədən ayıraraq göz bəbəklərini hazırlamaq üçün istifadə etmək olar.

 

 

So, what do you think ?