Min Bir Dad

Pandispanya

Pandispanya

10 dilim

Hazırlanma  zamanı:

10 dəqiqə,

Bişirmə zamanı:

20 dəqiqə,

Lazım olan ərzaqlar:

  • 4 yumurta
  • 2 yemək qaşığ toz şəkər.
  • 1/2 çay stəkanı su(otaq temperaturunda),
  • 1/2 su  stəkanı şəkər pudrası,
  • 1,5 su stəkanı un,
  • 1 paket  qabartma tozu,

Hazırlanma qaydası:

  • Yumurtanın ağını və  sarılarını diqqətli  bir şəkildə ayrı -ayrı qablara ayırın.
  • Yumurtanın ağlarını toz şəkər də əlavə etdikdən sonra mikser ilə yüksək devirdə qatılaşana qədər çırpın.
  • Ələnmiş un, qabartma tozu, şəkər pudrasını da ayrı bir qabda qarışdırın.
  • Yumurta sarılarını dərin bir qabda otaq temperaturunda olacaq bir şəkildə su əlavə edərək  sürətli qarışdırın.
  • Qatılaşan yumurta ağlarınıa unlu qarışığı və su ilə çırpılmış yumurta sarılarını yavaş -yavaş əlavə edin.
  • Bütün ərzaqları 2 dəqiqə qədər çırpın və sonra altına yağlı kağız sərilmiş fırın sinisinin hər tərəfinə bərabər şəkildə yayın.
  • Pandispanyayı   içini çəkməsi və  kəsərkən  xəmir  olmaması   üçün ən az 30 dəqiqə  qədər gözlədin.

    Öncədən qızdırılmamış,  soyuq fırında bişirin.

    Həddindən çox bişirməyin.

  • Arzuya görə keks  qəlibi istifadə edin.

  • Fırında 170 dərəcədə 20 dəqiqəyə yaxın bişirin.
  • Bişən pandispaniyanı fırında daha 2 dəqiqə tutduqdan sonra servis tabağına tərs çevirib çıxardın.
  • Arzuya görə  sadə yaxud da hazırladığınız kremi və yaxud da təzə meyvələr ilə qapadaraq  servis edin.
  • Sevdiklərinizlə birlikdə nuş edin!

So, what do you think ?