Min Bir Dad

Parça bozbaş

Parça bozbaş

Soğan bozbaş

Parça bozbaş

Parça bozbaş

Lazim olan  ərzaqlar:

Hər payına:

  • 163 qram qoyun əti,
  • 15 qram qoyun quyruğu
  • 100 qram kartof,
  • 30 qram noxud,
  • 25 qram şabalıd,
  • 20 qram təzə yaxud 10 qram quru alça, və ya pomidor (mövsümündən asılı olaraq)
  • 20 qram heyva,
  • 20 qram baş soğan,
  • 12 qram şüyüd,
  • 0,1 qram sarı kök yaxud zəfəran,
  • 0,1 qram nanə qurusu,
  • 2 qram sumax,
  • duz (zövqə görə)
  • istiot (zövqə görə)

Parça bozbaşın  hazırlanma qaydası:

  • Parça bozbaş  da piti  kimi hazırlanır.
  • Ancaq bəzi  incəlikləri Pitidən fərqlidir.
  • Belə ki, Parça Bozbaş hər payı ayrı-ayrı qabda deyil, bir neçə payı bir ümumi qabda bişirilir.
  • Parça bozbaş bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin döş, boyun yaxud kürək hissəsindən tikələr götürülür.
  • Hər hissədən  hər biri təqribən 60-80 qram ağırlığında 2-3 tikə ət götürülür.
  • Parça Bozbaş bişirərkən əvvəlcədən noxud suda yumşalması üçün isladılır.
  • Noxud ən azı 3-4 saat suda gözlədilməlidir.
  • Noxud 3-4 saat suda gözlədilir.
  • Bundan sonra isladılmış noxud və ət üzərinə soyuq su əlavə edilərək bişirilir.
  • Xörəyi bişirərkən daha dadlı olması üçün vam odda bişirməyə diqqət etmək lazımdır.
  • Xörəyin hazır olmasına 20 dəqiqə qalmış baş soğan, doğranmış kartof əlavə edilir.
  • Bu zaman baş soğan  və kartof  çox tez əlavə edilməməlidir.
  • Çünki, vaxtından əvvəl əlavə edilən baş soğan və kartof əzilər.
  • Şabalıd yarılıb az duzlu suda bişirilir, qabığı soyulub bulyona salınır.
  • Sonra xörəyə dilimlənmiş heyva, alça, hər iki paya bir xörək qaşığı ədviyyat (döyülmüş sarıkök yaxud zəfəran şirəsi) qatılır.
  • Xörək hazır olana yaxın içinə qiymə halına gətirilmiş quyruq əlavə edilir.
  • Mövsümündən asılı olaraq xörəyə alça yerinə soyulmuş pomidor (hər paya 30 q) qatılır.

Parça Bozbaşın  süfrəyə verilmə qaydası:

  • Xörək süfrəyə verilən zaman üstünə ufalanmış nanə qurusu səpilir.
  • Bu xörəyə xüsusi aroma verir.
  • Süfrədə bozbaşın yanına ayrı bir qabda doğranmış baş soğan və sumaq da qoyulur.

 

 

 

 

 

 

 

So, what do you think ?