Min Bir Dad

Paştet

Paştet

paştet

Paştet hazırlamaq üçün lazım olanlar:

  • Qoyun və ya mal qaraciyəri: 1 kq,
  • Yağ (bitki və ya kərə) 2 xörək qaşığı (soğanı qızartmaq üçün),
  • Soğan: 1 baş,
    Yerkökü: 2 ədəd orta boy,
  • Kərə yağı: 170 qram,
  • Duz,
  • İstiot,
  • Su: 6 stəkan,

Paştetin  hazırlanma qaydası:

  • Paştet bişirmək üçün mal və ya qoyun təmizlənir.
  • Bu təmizlənən ciyər paştet hazırlamaq üçün orta ölçülü tikələr halında doğranır.
  • Bir qazana su qoyulur, buraya ciyər tikələri əlavə edilir və bişənə qədər qaynadılır.
  • Paştet hazırlanacaq ciyərləri bişdikdən sonra  sudan çıxardılır, blender və ya qiymə maşını vasitəsi ilə püre halına gətirilir.
  • Bir tavaya yağ qoyulur, soğanlar kiçik – kiçik doğranır və bu yağda qızardılır.
  • Paştetə qatmaq üçün kök suda qaynadılaraq yumşaldılır.
  • Qızardılan soğanlar blender və ya qiymə maşını vasitəsi ilə püre halına gətirilir.
  • Suda qaynayıb yumşalan kök, blender və ya qiymə maşınından keçirilib püre halına gətirilir.
  • Paştetin xammalları: ciyər, soğan və yerkökü püresi qarışdırılır .  Birlikdə ət maşınından keçirilir.
  • Bu qarışığın üzərinə duz və istiot əlavə edilir və qarışdırılır
  • Paştetin püresi kalka kağızın üzərinə 0,6 sm qalınlıqda, 35×25 sm ölçüdə bir qaşıq vasitəsi ilə düzgün bir şəkildə yayılır.
  • Paştetin xammalı hazırlanarkən kərə yağı soyuducudan çıxardılır və kənarda gözlədilir.
  • Otaq temperaturunda yumşalmış kərə yağı folqa  kağızının üzərinə yayılmış paştetin üzərinə nazik təbəqə halında yaxılır.
  • Bundan sonra ehtiyatla rulet halında bükülür.
  • Bükülən paştet, istifadə olunan folqa kağızına bükülərək soyuducuya qoyulur.
  • Soyuducuya qoyulan paştet burada ən az 2 saat gözlədilir.
  • Paştet soyuducuda nə qədər çox gözləsə, bir o qədər çox özünü tutar və daha ləzzətli olar.
  • Yeməyi süfrəyə verərkən orta qalınlıqda dilimlər halında doğranılır.
  • Doğranan paştet dilimlərində ciyər qarışıqlarının arasında kərə yağı təbəqəsi çox gözəl bir görüntü meydana gətirir.

So, what do you think ?