sayfa içeriği

Min Bir Dad

Paytaxt salatı

0
paytaxt salatı

paytaxt salatı

Paytaxt salatı üçün lazım olanlar:

  • 6 ədəd kartof,
  • 2 ədəd kök,
  • 6 ədəd yumurta,
  • 5 ədəd xiyar turşusu,
  • 400 qram mal əti (yaxud toyuğun döş və bud əti),
  • 1 banka göy noxud,
  • 100 qram şüyüd,
  • 200 qram göy soğan,
  • 100 qram cəfəri,
  • 1 banka mayonez,
  • 1 banka xama,
  • Bitki yağı,

Hazırlanma qaydası: 

  • Paytaxt salatı hazırlamaq üçün kartof, yerkökü, mal əti və yumurta bişirilir.
  • Kartof və yerkökünün qabığı təmizlənir.
  • Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır.
  • Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur.duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın.
  • Əks halda salat su salar.
  • Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və istiot vurulur.
  • Mayonez və ya xamaya bitki yağı əlavə edilir, qarışdırılır.

Süfrəyə verilməsi

  • Paytaxt salatını süfrəyə verən zaman ona Mayonez qarışdırılır.
  • Salat qabına təpəcik şəklində yığılmış paytaxt salatının üstünə bir qaşıq xama yaxud mayonez tökülüb biraz yumurta sarısı ovuntusu səpilir.
  • Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də bəzəmək olar.

Nuş olsun!

Mənbə: az.wikibooks.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *