Min Bir Dad

Pendirli asan börək

0

Pendirli asan börək

Pendirli asan börək üçün lazım olan ərzaqlar:

  • 200 q Tilsiter pendiri,
  • 0,5 stəkan duru yağ,
  • 3-4 ədəd yuxa,
  • 1 ədəd yumurta sarısı,
  • 1 stəkan mineral su,
  • Küncüt,
  • Çörəkotu,

Pendirli asan börəyin hazırlanma qaydası:

  • Əvvəlcə pendiri rəndələyib bir kasaya yığın.
  • Börək bişirmək üçün  hazır yuxadan istifadə edə bilərsiniz.
  • Börək bişirmək üçün özünüz də yuxa hazırlaya bilərsiniz.
  • Sonra yuxanı üçkünc formada kəsin .
  • Yumurtaların ağını və sarısını ayırın.
  • Üçkünc formada olan yuxaların içərisini duru yağla yağlayın.
  • Yuxaları yağladıqdan sonra enli tərəfinə rəndələnmiş pendirdən qoyaraq yuxanın hər iki tərəfini pendirin üzərinə qatlayaraq  dürmək kimi bükün.
  • Hazırladığınız börəkləri istiyə davamlı şüşə qaba yan-yana düzün.
  • Börəkləri hazırladıqdan  sonra üzərinə yumurta sarısı, küncüt və çörək otu səpin.
  • Lap sonunda isə hazırladığınız börəklərin üzərinə mineral suyu əlavə edərək əvvəlcədən qızdırdığınız sobada  bişməyə qouyun.
  • Börəklər hazır olduqdan sonra sobadan  çıxardıb isti- isti servis edin.
  • Öz zövqünüzə uyğun börəkləri və süfrəni  bəzəyə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?