Min Bir Dad

Pendirli bükmə

pendirli bükmə

Tərkibi (10 ədəd): 

  • xəmir: 

    200 ml süd,
    1 ç.q. quru maya,
    1 ç.q. şəkər tozu (şirin istəyirsinizsə, 2-3 qaşıq),
    300 q un,
    2 x.q.  bitki yağı,

  • iç:

    10 ədəd hamburger üçün ərinmiş pendir,

Hazırlanması:

  • İsti südə maya və şəkər tozunu əlavə edin.
  • Şişəndən sonra yağ və unu əlavə edin.
  • Bərk olmayan xəmir yoğurun.
  • Xəmir qalxandan sonra 10 yerə bölün.
  • Hər kündəni 2-3 mm qalınlıqda dördbucaqlı şəkildə yayın.
  • Rahat olsun deyə bitki yağı çəkilmiş taxtanın üstündə yayın.
  •  Orta hissəsində bərabər məsafədə paralel kəsiklər qoyun.
  • Pendiri bir başından qoyub, rulet kimi bükün (bərk sıxmayın).
  • Kənarlarını bərkidin.
  • Perqament döşənmiş siniyə “tikişi” üzüaşağı olmaqla qoyun.
  •  20-25 dəqiqə saxlayın.
  • Yumurta sarısını azca südlə qarışdırıb üstünə çəkin.
  • 210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

So, what do you think ?