Min Bir Dad

Pendirli göbələk sote

Pendirli göbələk sote 

Pendirli göbələk sote

 

Pendirli göbələk sote  üçün lazım olan ərzaqlar:

  • 100 q Tilsiter pendiri,
  • 1 ədəd baş soğan,
  • 4 ədəd uzunsov bibər,
  • 0, 4 kq  göbələk,
  • 4 ədəd pomidor,
  • 3 ədəd yaşıl bibər,
  • 50 q Amerlander kərə yağı,
  • duru yağ,
  • Duz,
  • İstiot

Hazırlanma qaydası:

  • Əvvəlcə pomidoru, bibəri,   göbələyi təmiz-təmiz yuyun.
  • Yuyulmuş ərzaqların suyunu  verməsi üçün   mətbəx dəsmalının üzərinə  və yaxud da aşsüzənə  yığın.
  • Suları süzülən ərzaqları kiçik-kiçik doğrayın.
  • Oda davamlı tavanı kərə yağı ilə yağlayın.
  • Tavamız artıq hazırdır.Əvvəlcə doğradığımız göbələkləri tavaya yayın.
  • Sonra doğranmış  soğanı, bibəri əlavə edin.
  • Üstdən doğranmış pomidorları lap sonunda isə uzunsov bibərləri də əlavə edin.
  • Ərzaqları düzdükdən sonra duz və duru yağı da əlavə edərək əvvəlcədən isidilmiş fırında ərzaqlar bişənə qədər bişirin.
  • Lap sonunda isə rəndələmiş olduğunuz  pendiri üzərinə yayaraq yenidən fırında pendir əriyənədək bişirin.
  • İsti halda  servis edin.

Nuş olsun! 

So, what do you think ?