
Pendirli kartof börəyi
Lazım olan ərzaqlar:
- 6-7 orta böyüklükdə kartof
- 1 kiçik çay stəkanı qatıq,
- 1 kiçik çay stəkanı süd,
- 1 kkiçik çay stəkanı duru yağ,
- 2 yemək qaşığı un,
- 1/2 su stəkanı lor,
- 1 çay qaşığının ucunda istiot,
- 1 yemək qaşığı kərə yağı,
- Pul bibər,
- Duz,
Hazırlanma qaydası :
- Kartofları soyub halqa halqa doğrayın.
- Dilimlər nə çolx qalın , nə də incə olsun.
- Duru yağın yarsını kartofların üzərinə gəzdirin, istiot, pul bibər, bir az duz əlavə edin.
- Bütün ərzaqları əl ilə bir-birinə qarışdırn.
- Bir fırın sinizinə kartofları səliqə ilə düzün.
- Loru da kartofların üzərinə yayın.
- Loru elə seçin ki çox sərt olmasın asan əriyə bilsin.
- kartofların və lorun arasına kərə yağı doğrayıb əlavə edin.
- Qalan duru yağı, qatığı, südü,iki qaşıq unu qataraq horra halına gələnə qədər çırpın.
- Lorun duzunu da nəzərə alaraq bir azca duz əlavə edin.
- Hazırladığınız sosu kartofların üzərinə gəzdirin.
- Hazırladığınız yeməyi fırında üzəri qızarana qədər bişirin.
- Kartofların alt hissəsinin də bişməsinə diqqət edin.
- Hazır börəyi isti-isti dilimləyərək servis edin.
Nuş olsun!
So, what do you think ?