Min Bir Dad

Pendirli köz bibər salatı

0

Pendirli köz bibər salatı

Pendirli köz bibər salatı

Pendirli köz bibər salatı 

 Bu məzə  közlənmiş bibərlərin bir sahana alındıqdan sonra üzərinə pendir gəzdirilib  əridilməsi  metodu ilə hazırlanır.

Pendiri ağzı  bağlı sahanda atəş üzərinde bir parça əridilir. Bəzən bu işləri fırında  da edirlər.Bəzi bölgələrdə pendir əvəzinə lor pendir  və yaxud da süd qaymağı   istifadə edirlər. 

Pendirli köz bibər salatı hazırlamaq istəyirsiniz?

1001 dad yemək saytı bunu nəzərə alaraq sizlərə bu tərifi təqdim etməyi vacib bildi. Bu salatı hazırlamanızı və yaxınlarınızla birlikdə zövqlə nuş etməyinizi arzu edirik.

Lazım olan ərzaqlar:

  • 1 kq şirin bibər,
  • 1 stəkan  şor  və ya  yarım yağlı  pendir,
  • 1qəhvə  fincanı zeytun yağı

Hazırlanma qaydası :

  • Şirin  bibərləri zəif  atəşdə  közləyin.
  • Fırın ya da ocaq üzərində hazırlayacağınız  közləmə o ləzzəti həqiqətən də  verməyəcəkdir.
  • Közlənmiş bibərlərinizin qabıqlarını gözəlcə soyun.
  • Orta böyüklükdə bir sahana uçları sahanın ortasında birləşəcək şəkildə yan -yana sıx-sıx  düzün.
  • Bibərlərinizin üzərinə öncə  pendirlərinizi  hər yanına   örtəcək şəkildə səpin.
  • Zeytun  yağını da gəzdirib  qapağını qapadın.
  • Vam odda  pendirlər əriyib  bir  az  çəkildikdən sonra  bişməyə alın.
  • Soyuyar-soyumaz servisə alın.

Nuş olsun!

So, what do you think ?