Min Bir Dad

Pendirli sadə kumpir

https://youtu.be/wu4rpF-2-as

 

Pendirli sadə kumpir

Lazım olan ərzaqlar:

  • Ammerlander kərə yağı: 50 q.
  • Qauda pendiri: 100 q.
  • Kartof: 2 əd.
  • Qaymaq: 250 ml
  • Göyərti:
  • Suxarı
  • Duz
  • İstiot

Pendirli sadə kumpir hazırlanma qaydası:

  • Katroflar suda qaynadılır.
  • Tam bişməsinə ehtiyac yoxdur.
  • Bundan sonra kartoflar aluminium folqaya sarılır və sobada bişirilir.
  • Qauda pendiri sürtkəcdən keçirilir.
  • İçərisinə göyərti və qaymaq əlavə edilir.
  • Duz, istiot vurulur.
  • Kartof ortadan uzunlamasına yarısına kimi kəsilir.
  • Biraz aralanır, kartofun içinin az hissəsi çıxardılır, qalanları yaxşıca əzilir.
  • Hazırlanan Qauda pendirli qaymaqlı, göyərtili içlik kartofun içərisinə qoyulur.
  • Pendirli sadə kumpir əvvəlcədən isidilmiş sobada bişirilir.

Nuş olsun!

So, what do you think ?