Min Bir Dad

Pendirli tərəvəzli göbələk

0

Pendirli tərəvəzli göbələk.

Pendirli tərəvəzli göbələk  üçün lazım olan ərzaqlar:

  • 100 q Tilsiter  pendiri,
  • 200 q göbələk,
  • 1 ədəd bibər,
  • 1 ədəd pomidor,
  • Yarım dəstə göyərti,
  • 12 xörək qaşığı duru yağ,
  • Ala bildiyi qədər duz,

Pendirli tərəvəzli göbələyin hazırlanma  qaydası:

  • Əvvəlcə göbələklərin govdəsini ayırin.
  • Sonra göbələklərin içərisini təmizləyin.
  • Təmizlədiyiniz göbələkləri  yuyun.
  • Pendiri rəndələyin.
  • Pomidoru, bibəri, göyərtini  də kiçik-kiçik doğrayın.
  • Bütün ərzaqlar hazır  olduqdan  sonra  “Pendirli tərəvəzli göbələk ” yeməyini bişirməyə hazırlayaq.
  • Əvvəlcə  doğradığımız pomidoru, bibəri, göyərtini də qataraq qarışdırın.
  • Sonra üzərinə duru yağı əlavə edib bir az  daha qarışdırın.
  • Qarışıma  göbələyin gövdəsini də rəndələyib qatın və yaxşıca qarışdırın.
  • Duzunu da əlavə edib qarışdırın.
  • Pendirli göbələyik  üçün içliyiniz hazırdır.
  • Göbələklərin içərisinə hazırladığınız qarışımdan yığaraq istiyə davamlı bir qaba  düzün.
  • Bütün göbələklərin içərisini doldurduqdan sonra bişirmə prosesinə başlayaq.
  • Sobanı əvvəlcədən qızdırın.
  • Hazır göbələkləri sobaya verin.
  • Bişənə yaxın göbələkləri sobadan çıxardaraq üzərinə rəndələdiyiniz  pendiri əlavə edərək yenidən bişmək üçün sobaya verin.
  • Artıq “Pendirli tərəvəzli göbələk” servis üçün hazırdır.
  • İsti halda süsləyərək servis edə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?