Min Bir Dad

Pendirli tart

Pendirli tart

pendirli-tart

pendirli-tart

Pendirli tart

Qəhvəaltı süfrələriniz üçün fərqli bir tərif axtarırsınız?

Hər gün eyni şeyləri təkrarlamaqdan yoruldunuz.  

Hər gün naharda nə var sualına pendir, çörək, yağ, yumurta  ….

Bunları nəzərə alan 1001dad saytı sizlərə yeni bir tart tərifi təqdim edir.

Çölü çörək içərisi isə pendir olan ləzzətli bir yemək tərifi.

İçinə istədiyiniz pendirlərdən qoya bilərsiniz.

Bu tərifi səhər naharında hazırlamanızı və sevdiklərinizlə birgə nuş etməyinizi arzulayırıq! Gecikmədən tərifimizə başlayaq ki qəhvəaltına sevdiklərimizə tartı çatdıraq.  

 

Pendirli tart üçün lazım olan ərzaqlar:

  • 2 su stəkanı un,
  • 1 çay stəkanından  bir az   çox süd,
  • 1 ədəd  yumurta,
  • Yarım çay stəkanı zeytun yağı,
  • 1 çay qaşığı duz,
  • 2 çay qaşığı quru maya,
  • 1 çay qaşığı şəkər,

Pendirli tartın içi üçün:

  • 400 qr lor pendiri,
  • 1 su stəkanı holland pendiri rəndəsi,
  • 1 su stəkanı  pendir,
  • 4  yumurta (birinin sarısını xəmirin üzərinə  sürtmək üçün),
  • Yarım  dəstə   cəfəri,
  • yarım dəstə şüyüd,
  • Lor   pendiri duzsuzdursa duz,
  • 1 çay qaşığı istiot,
  • Arzuya görə  qırmızı bibər

Pendirli tartın hazırlanma qaydası:

  • Xəmir üçün lazım olan ərzaqları bir qabda  qataraq çox da yumşaq olmayan(qulaq ucu təki) bir xəmir yoğurun.
  • Xəmirin üzərini örtüb mayalanmağa qoyun.
  • Xəmir mayalandığı zaman ərzində içliyini hazırlayın.
  • Pendiri, cəfərini, ədviyyatları qarışdırın.
  • Yumurtaları içliyi xəmirin üzərinə yaymadan əvvəl qırın ki, sulanmasın.
  • Yumurtaların bir dənəsinin sarısını ayrıca qoyun ki, tartın üzərinə sürtəsiniz.
  • Xəmiri vərdənə ilə yarım sm qalınlığında yayın  və 28 sm ölçüsündə olan tort qəlibinə xəmiri yayın.
  • Qabın kənarlarında qalan   artıq  xəmiri vərdənə ilə basdıraraq kəsin.
  • Üzərini çəngəllə müəyyən aralıqlarla deşin ki, çox qabarmasın.
  • Yumurtaları qırıb qarışdırdığınız iç xərcini qəlibdəki xəmirin üzərinə yayın.
  • Artıq qalan xəmirləri isə kiçik ölçülü  qəliblərlə yarpaq şəklində kəsib tartın üzərinə   müəyyənn aralıqlarla düzün.
  • Tartın üzərinə düzdüyünüz yarpaqları və tartın qalan hissələrinə hazırladığınız yumurta sarısını vurun.
  • Fırını əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
  • Hazırladığınız tartı əvvəlcədən qızdırdığınız fırında üzəri nar kimi qızarana qədər bişirin.
  • Tartın üzəri qızarandan sonra  fırından çıxardın.
  • Tartı fırından çıxardaraq 20 dəqiqəyə yaxın dincə qoyun.
  • Artıq tartımız hazırdır .
  • Nuş olsun!

So, what do you think ?